Avstraliyada kriptobirjalar üçün yeni qaydalar

   001370Avstraliya hazırki kripto-sistemdə istehlakçıların qorunması və təhlükəsizlik standartlarının yaxşılaşdırmaq üçün yeni qaydaların tətbiqinə start verdi. Hökumət blokçeyn texnologiyasının mövcud maliyyə sisteminin bir çox aspektini dəyişə biləcəyini qəbul edir. Valyuta nəzarətində mütərəqqi yanaşmaları dəstəkləmək üçün AVSTRAC (Australian Reporting and Analytical Transaction Center)-ın səlahiyyətləri 2017-ci ilin dekabrında qəbul edilmiş qanunvericiliyə uyğun olaraq gücləndirilmişdir. Tənzimləmədə əsas addım kriptobirjaların fəaliyyəti ilə bağlıdı.

      AUSTRAC kriptovalyuta birjalarında terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədi ilə bir sıra qaydalar dərc etdi. Aprelin 3-dən etibarən Avstraliya ərazsində qeydiyyatdan keçmiş kriptovalyuta birjaları üçün yeni qaydaların tətbiqi məcburi xarakter daşıyır. Bu qaydalara əsasən:

  • çirkli puların yuyulması və terrorçuluğun maliyyələşdirilməsini müəyyən etmək və riskləri azaltmaq üçün KYC & AML proqramının qəbulu və həyata keçirilməsi;
  • müştərilərin şəxsiyyətinin müəyyən edilməsi və identifikasiyası;
  • 10,000 Avstraliya dolları (7,700 ABŞ dolları) keçən şübhəli əməliyyatlar barədə AUSTRAC-a hesabat vermək;
  • tranzaksiyalar və müştəri məlumatlarının 7 il ərzində arxivdə saxlanılması.

    Avstraliya platformaları bu il mayın 14-dək yeni yaradılan “Rəqəmsal valyutalar reyestri” ilə qeydiyyatdan keçməlidirlər. Kriptovalyuta bazarı iştirakçılarının fəaliyyətinin dayanmamsı üçün AUSTRAC qeydiyyat proseduruna nəzarət edəcək. Qeydiyyatdan keçməyən birjaların fəaliyyəti cinayət hesab ediləcək və buna görə də cəza və ya cərimələr nəzərdə tutulub.

Xatırladım ki, Avstraliyada kriptovalyutalarla bağlı ikinci mühüm qanunu 2018-ci ilin iyul ayında qüvvəyə minəcək. Ölkə vətəndaşları iyul ayından etibarən kriptovalyutalarla alqı-satqı zamanı mal və ya xidmətə görə ikiqat vergiyə cəlb edilməyəcək.

 

Elnur Quliyev

Leave a Reply