Kriptovalyuta qiymətləri haqqında 5 effektiv resurs

    Kripto-sənayenin inkişafı ilə yanaşı statistik məlumatların toplanması, müxtəlif qrafiklərin qurulması, tarixi məlumatları saxlaması və analizi, hətta kriptobazarda təsir göstərən saytlar da inkişaf etməyə başladı. Bu səbəbdən bu sektorda ən maşhur saytları nəzərdən keçirək:

  1. Coinmarketcup.com – ən populyar

cmc

        Kütləvi informasiya vasitələrində ən çox istinad edilən kriptoresurs hesab etmək olar. Kriptovalyutaların ilkin analizi üçün çox rahat vasitədir. Yeni peyda olan token və koinlər haqqında informasiyaları bu saytda rahatlıqla tapmaq mümkündür və məlumatlar 5 dəqiqə intervalında yenilənir.

Saytda sizə lazim olan kriptovalyuta haqqında daha ətraflı məlumat (koinin qiymət qrafiki, proyektin rəsmi saytı və hansı birjada mübadilə edildiyi) üçün həmin kriptovalyutanın üzərindən daxil olmaqla əldə etmək olar. Sayt 13 dili dəstəkləməklə satbil işləyir, sadə və anlayışlıdır, ən əsası lazımsız funksiyalar ilə qıcıqlandırmır.

   CoinMarketCap-ın məlumatları birbaşa investisiya qərarları üçün istifadə edilməməlidir, çünki bütün qrafik və reytinqlər orta dəyərlərə əsaslanaraq tərtib edilir və tam dəqiq məlumatları əks etdirmir. Hətta cari ilin mart ayında CoinMarketCap-ın kriptobazarı manipulasiya etməsi barədə məlumatlar yayılmışdı.

2. Cryptocompare.com – ən informativ

cryptocompare.png

CryptoCompare təkcə qrafik və statistika barədə informasiyalarla məhdudlaşmır, həmçinin məqalələr və təlim materiallarını dərc edir, xəbər toplayır, forum təşkil edir və şəxsi investisiya portfelinizi izləmək üçün imkan yaradır.

     Saytda investorlar, treyderlər, maynerlər və adi istifadəçilər üçün bölmələr var. Burada kriptobirjalar, elektron cüzdanlar, mayninq avadanlıqları və ICO layihələri ilə bağlı reytinqlər və ictimai rəylər var. Saytdakı məlumatlar yalnız ingilis dilindədir.

3. Coin360.io – maraqlı dizayn

coin360

Cointelegraph-ın layihəsi olan bu sayt yalnız kriptovalyutaların qiymətləri və onların kapitalizasiyası üzrə məlumatları göstərir. Lakin bu məlumatlar özünəməxsus formada təqdim edilir. Deməli hər bir kriptovalyuta haqqında məlumat düzbucaqlı “plitə”lər formasında həmin kriptovalyutanın bazarda payı ilə uyğun gəldiyi ölçüdə göstərilir. Bundan əlavə, hər bir plitənin rəngi kriptovalyutanın məzənnəsindən asılıdır: əgər qiymət azalırsa – qırmızı, qiymət artarsa yaşıl olur. Qiymətin dəyişmədiyi halda boz olaraq qalır.

       Minimum funksiyalara baxmayaraq Coin360 bütün kripto bazarın və ya konkret kriptovalyutanın vəziyyətini tez və vizual şəkildə göstərir.

4. Livecoinwatch.com – ən prespektivli

livecoinwatch.png

Sayt 2017-ci ilin sentyabr ayında yaranmasına baxmayaraq qısa müddət ərzində öz auditoriyasını yığmağı bacarıb. İşləmə mexanizmi Coinmarketcap ilə demek olar ki, eynidi.

     Live Coin Watch(LCW), ilk populyarlıq dalğasını fevral ayında CoinMarketCap-ın birdən-birə Cənubi Koreya kriptobirjalarının informasiyalarının öz statistik məlumatlarından çıxarılmasından sonra qazandı. Həmin vaxt LCW adminləri tez bir zaman ərzində Cənubi Koreyadan məlumat almaq üçün saytda sadə bir keçid əlavə etdi. Həmçinin LCW-də məlumatların yeniləmə müddətini 1-60 saniyə intervalında dəyişə bilər.

5. Coincheckup.com –  elmi əsaslandırılmış

SoinSheckup

Sayt özünü kriptovalyuta bazarının tədqiqat platforması kimi göstərir. Saytın sadə interfeysi maraqlı xüsusiyyətləri gizlədir. Məsələn, gələcək il üçün qiymətlərin proqnozlaşdırılması, kriptovalyutanın rentabelliyinin xülasəsi və obyektiv məlumatların yığılmasına əsaslanan kripto-reytinqlərin hazırlanması.

    Ümid edirəm ki, gələcəkdə yuxarıda qeyd etdiyim resurslardan istifadə etməklə kriptovalyutalarla bağlı bilgiləriniz daha da artıracaqdır. Uğurlar!

 

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply