Kripto-terminlər

  fiat-crypto.jpg  Rəqəmsal valyutaların populyarlığı özünəməxsus terminləri olan ekosistemin yaranmasına səbəb oldu. Əgər siz kriptovalyutalarla maraqlanırsınızsa yəqin ki, bu sektorda tez-tez işlədilən spesifik terminlərlə də qarşılaşmısız. Belə terminlərlə daha çox tematik kanallarda və ya Reddit, Telegram, Slack, WhatsApp kimi qruplarda qarşılaşmaq mümkündür. Kripto-sektorda hər bir investorun bilməsi lazım olan və tez-tez istifadə olunan kriptoterminləri sizə təqdim edirəm.

  1. MCAP (Market Capitalization) – Bazar kapitalizasiyası.
  2. Altcoin – Bitkoindən başqa bütün kriptovalyutalar altkoin adlandırılır.
  3. PUMP – Qiymətin artması.
  4. DUMP – Qiymətin enməsi.
  5. FOMO – (fear of missing out) – Şansı (imkanı) itirmək qorxusu.
  6. JOMO – (joy of missig out) – FOMO-nun əksi, yəni Şansı itirmək sevinci.
  7. BEAR – Ayı. Bazarın daha da aşağı düşməsini gözləyən və bunun üzərində pul qazanmaq istəyən investor/treyder.
  8. WHALE – Balina. Kriptovalyutanın qiymətinin qalxmasına maraqlı olan iri maliyyə imkanlarına malik treyderlər.
  9. ATH (all time high) – Bütün vaxt üçün maksimumdur. Kriptovalyutasının qiyməti bütün əvvəlki rekordları keçərək öz tarixində ən yüksək səviyyədədir.
  10. REKT – qiymətlərin çökməsi səbəbindən bütün kapitalını itirmiş treyderə və ya investora aiddir.
  11. ASHDRAKED – İnvestor bütün pulunu itirdiyi situasiya.
  12. BTFD (The Fucking Dip Alın) – Qiymətlər düşdükdən sonra kriptovalyutanı almaq üçün müraciət.
  13. SHITCOIN – Daxili dəyəri və praktiki faydası olmayan kriptovalyuta.
  14. SWING – Yuxarı və ya aşağı istiqamətdə kəskin qiymət hərəkəti.
  15. TA (technical analysis) – Texniki analiz.
  16. REVERSE İNDİCATOR – Əks indikator- hər zama qiymətlərin dəyişməsini səhv proqnozlaşdıran treyder.

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply