Kriptovalyuta sənayesinin 5 ən nüfuzlu qadını

    Kriptovalyuta sənayesi, blokçeyn texnologiyası və İCO-proyektləri üzrə ekspertlərin böyük əksəriyyətinin kişilər olmasına baxmayaraq bu sektorda özünü təsdiqləmiş qadınlar da az deyil. Hətta bəzi iri İCO-lar, rəqəmsal valyutalar üçün ödəniş platformaları və blokçeyn proyektlərinin təsisçiləri qadınlardır. Kriptovalyuta dünyasında aktiv rol oynayan qadınların bızilərin sizə təqdim edirəm.

1. Elizabeth Stark (Lightning Labs)

Elizabeth Stark

   Harvard hüquq məktəbinin məzunu olan Elizabet Stark Stanford və Yel universitetlərində mühazirələr deyib. Yel universitetində işlədiyi müddətdə tələbələr üçün internet texnologiyalarını inkişaf etdirə biləcək layihələr poqramının təsisçisi olmuşdu.

    Elizabet Stark Lightning – kriptovalyuta əməliyyatlarının işlənməsini əhəmiyyətli dərəcədə sürətləndirmək üçün protokollar hazırlayan Startup-ın əsasın qoyub.

2.  Meltem Demirors (Digital Currency Group)

1_lbcie3775twdjrjx75szqq.jpeg

   Meltem Demirors  Massaçusets Texnologiya Universitetitinin inzibati idarəetmə ixtisası üzrə təhsili alıb. O hazırda Digital Currency Group (DCG) direktorudu. Digital Currency Group – blokçeyn protokollarının yaradılması və tətbiqi üzrə ixtisaslaşıb. DCG həmçinin kriptovalyuta üzrə investisiya portfellərini idarə edir.

 

 

3. Galia Benartzi (Bancor)

tradeshifts-gert-sylvest-and-bancors-galia-benartzi-sign-on-for-tc-sessions-blockchain-in-july    Galia Benartzi J.Xopkins universitetinin məzunudu. O Mytopia, Founders Fund və Particle Code Inc startuplarının iştirakçısı olub. Hazırda kriptovalyuta şirkəti olan Bancorun həmtəsisçisi və biznesin inkişafı departameninin rəhbəridir. Bancor İCO-lar içərisində ən gəlirli proyektlərdən oldu. İCO-da 153 mln dollar yığılmışdı.

    Bankor kriptovalyuta birjaları bazarına fokslanıb və kriptovalyutaların ticarəti zamanı əməliyyatların asanlaşdırılması üzrə platformaların hazırlanmasını həyata keçirir.

4. Rhian Lewis ( London Women in Bitcoin)

1_a1v1H1xWZQHiLNOb26vS-w.jpeg

Rhian Lewis DigitasLBi, AKQA və Beamly kimi şirkətlərdə çalışıb. Hazırda Salvia Media Services şirkətinin direktoru. Burada o həmçinin proqram təminatı üzrə testləşdirmə və blokçeyn üzrə texniki məsləhətçi kimi çıxış edir. Ryan qadınların blokçeyn və kriptovalyutaların inkişafında iştirakını aktiv şəkildə təbliğ edir. O, Rəfiqələri ilə birlikdə “Women in Bitcoin” təşkilatının  LoPolndon şöbəsini qurdu.

 

5.  Elizabeth McCauley (Bitcoin Foundation)

Q3-5WBuC

Politologiya üzrə təhsil almış Elizabet, Vaşinqtonda amerikan konqresmenin köməkçisi kimi təcrübə keçib. Amerikada Bitkoinin qəbul edilməsində onundə əməyi olmuşdur.

Hazırda “Bitcoin Foundation”-da idarə heyətinin üzvüdür. O, həmçinin BitGive Foundation və Coin Congress-də məsləhətçisi kimi fəaliyyət göstərir. Keçmişdə BitPay Inc. şirkətində müştəri meneceri olmuşdur.

 

    Yuxarıda adlarını qeyd etdiyim insanlardan əlavə digər nüfuzlu qadınlarda varki blokçeyn texnologiyası və kriptovalyuta sənaseynin inkişafına öz töhvələrini veriblər.  Misal olaraq Kathleen Breitman (Tezos- həmtəsisçi), Maxine Ryan (Bitspark- həmtəsisçi), Tavonia Evans ($Guap -təsisçi) və Elizabeth Rossiello (BitPesa – həmtəsisçi) göstərmək olar.

 

Elnur Quliyev

Crypto Consulting

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma