Aprelin 26-sı bitkoin şəbəkəsində 17 milyonuncu bitcoin mayninq edilib. Bu hadisə 519,996 blokunda baş verib və “yubiley” sikkə BTC.com mayninq pulunda əldə edilib. Bitkoinlərin ümumi sayının 21 milyon olmasını nəzərə alsaq məlum olurki hazırda bitkoinlərin 81%-i mayninq olunub.
İlk blok (Genesis) 2009-cu ilin yanvarın 3-də kimliyi hələ də bilinməyən Satoşi Nakomuto tərəfindən yaradılıb. Hər blok üzrə mükafat 50 bitcoin idi və bu proses 209.999-cu bloka qədər davam edib. Bitcoin alqoritminə əsasən hər 210.000-cu blokdan bir blokun əldə edilməsi üzrə mükafat 50% azalır. Sonuncu dəfə mükafat 2016-cı ildə 50% azalıb və hazırda 12.5 bitkon təşkil edir. Növbəti bölünmə 2020-ci ildə olacaq. Bir bitcoin 100 milyon satoşiyə (bitcoin-in yaradıcısı hesab edilən Satoşi Nakomutanın şərəfinə qoyulub) bölünür.
Bitcoin-in hazırkı protokolu dəyişmədiyi halda (yeni blok yaranması üçün ortalama vaxt 10 dəq-dir) sonuncu bitcoin yalnız 2140-ci ilin may ayında əldə ediləcək.
Coindesk xəbər portalı maraqlı bir detalı da qeyd edib. Texniki olaraq 21 milyonuncu bitcoin əldə edilə bilməz. Məsələ ondadır ki, 17 may 2011-ci il tarixində “midnightmagic” ləqəbli mayner 50 bitcoin mükafat əvəzinə 49.99999999 bitkoin alıb. Bunun necə baş vermə səbəbləri hələ də məlum deyil ancaq fakt odur ki, 21 milyonuncu bitkoinin əldə edilməsinə qədər hər zaman 1 satoşi əskik olacaq.
Elnur Quliyev