Berkshire Hathaway-ın 87 yaşlı icraçı direktoru, amerikalı investor U.Baffet aprelin 28-də “Yahoo Finance”-ə verdiyi müsahibədə bitcoin alışını investisiya hesab etmədiyini açıqlayıb.
U.Baffet: “İnsanlar satın aldıqları zaman investisiya etdiklərinə inandıqları iki şey var: birincisi real investisiyadır, ikincisi isə yox. Əgər siz bir ferma, yaşayış evi və ya biznesdə bir pay alsanız, bunu özəl şəkildə edə bilərsiniz və bu çox qənaətbəxş bir investisiyadır. Siz ümid edirsiniz ki, investisiyanın özü sizə gəlir əldə gətirəcək. Əgər siz bitcoin və ya digər kriptovalyuta alsaniz real olaraq əlinizdə heçnə olmayacaq. Ümid edirsinizki, sizdən daha sonra gələn şəxslər daha çox pul verəcək. Bunu edərkən siz investisiya etmiş olmursuz. Siz sadəcə spekulyasiya edirsiniz və burda pis heçnə yoxdur. Bu azart oyunlarını xatırladır amma investisiya deyil.”
Xatırladım ki, 2017-ci ilin oktyabrda U.Baffet kriptovalyutaları “hava balon”u adlandırmışdı. Bu açıqlamadan dərhal sonra Binance birjasının CEO-su Zhao Changpeng: “Mən Baffettin investisiya sahəsindəki ekspert rəyinə hörmət edirəm amma əminəm ki, o kriptovalyuta haqqında heç bir şey bilmir. Mənim ona dərin hörmətimə baxmayaraq hesab edirəm ki, kriptovalyuta haqqında səhv fikirləşir” deyə cavab vermişdi.
Elnur Quliyev
Crypto Consulting