Dünyada ilk bitcoin smart banknot

   48954-768x381Sinqapurun Tangem şirkəti ilk dəfə olaraq nominal dəyəri 0.010.05 BTC olan smart banknot buraxdı. Tangem rəqəmsal pulları fiziki formada istehsal edən ilk şirkət olmağı planlaşdırır. İlk baxışdan plastik kartı xatırladan smart banknotlar samsungun S3D350A çipi ilə  inteqrasiya olunub. Fiat pullar ilə yegənə oxşarlığı ondadır ki, bu bitcion banknotların konkret nominal dəyəri var və hər hansı əmtəə və ya xidmətin dəyərinin ödənilməsi zamanı fiziki olaraq əldən-ələ verərək hesablaşmaq mümkündür.

     Smart banknotların yradaılmasında əsas məqsəd kagiz pulların istifadəsi kimi rəqəmsal pulların saxlanılması və istifadəsini asanlaşdırmaqdır. Tangem-in həmtəsisçisi Andrew Pantyukhin sözlərinə görə banknotlarda istifadə olunan texnologiyanın hər hansı bir xarici müdaxiləyə qarşı maksimum təhlükəsizdir və gələcəkdə bu kartlarda EAL6+  müdafiəsi ilə təchiz olunacaq.

9e8ce6b53172cca2286bce7c9927305c9aa9a839.jpgBundan əlavə bitcoin banknotlarda rəqəmsal aktivin olmasına əmin olmaq üçün kartlarda NFC çiplər əlavə ediləcək. Siz sadəcə banknotu NFC ilə tənmin olunmuş smartfona yaxınaşdırmaqla ekranda lazımi informasiya görəcəksiniz.

Əsas üstünlüyü: anonimlik, ödənişin ani və komissiyasız edilməsi, yeni texnologiyadan istifadə edə bilməyənlər və nəğd alış-verişi üstün tutanlar üçün rahat istifadə edilməsi.

Mənfi cəhətləri: uzaq məsafəyə göndərmək mümkün deyil, fiat pullara oxşar risklərin – ogurlanma, itirilmə, zədələnmə xüsisyyətlərinin olmasıdır.

   Smart banknotlar Sinqapurun Suntec City ticarət mərkəzində yerləşən Megafash mağazasında təqdim olundu. Artıq ilk 10.000 banknot potensial partnyor və distribyutorlara pilot satışa buraxılması üçün hazırlanır.

Tangem-760x400

89

Capture-750x430

 

Elnur Quliyev

Crypto Consulting

 

Leave a Reply