Amerikalı investor və Draper Fisher Jurvetson (DJF) şirkətinin təsisçisi Tim Draper bitkoini ən yaxşı investisiya adlandırıb. Bunu investor CNBC-yə verdiyi açıqlamasında deyib.
Tim Draper: “Hazırda mükəmməl bir valyuta yaratmağa imkan verən güclü bir inqilab gedir – mərkəzi olmayan, etibarlı və daha faydalı. Qlobal və hamıya açıq. İnsanlara Filippin və ya Meksikadakı ailələrinə heç bir problem olmadan pul göndərmək imkanı verən. Bitkoin fiat valyutadan daha yaxşıdır”
“Banklar daim xaker hücümuna məruz qalır və son zamanlar daha tez-tez kibercinayətkarlığın qurbanı çevrilirlər. Lakin indiye qədər heç kim bitkoinin blokçeynini sındıra bilməyib. Bura pul yatırmaq üçün ən təhlükəsiz yerdir və bu səbəbdən bitkoin yığım vasitəsi kimi ən yaxşı vasitədir. Əgər siz Argentina, Venesuela və ya Nigeriyada yaşayırsınızsa onda bilirsiniz ki, sizin valyutanız hər il 30%-ə qədər dəyər itirir. Bu proses demək olar ki, hər il təkrarlanır və insanlar pullarını itirir. Əgər pullarınızın müəyyən hissəsi bitkoində olsaydı bu pulları itirməyəcəksiniz”
“Bitkoin hazırda təkcə dəbdə olan bir trend deyil hansı ki, bir neçə ildən sonra tamamilə yoxa çıxsın. Əksinə! Bitkoinin gələcəyi var! Bitkoinin mövcudluğunun bir çox səbəbləri və tətbiqinin bir çox sahələri var. Bu valyuta dünyamızın gələcəyini ciddi şəkildə dəyişdirə bilər. Bu siyasi monipulyasiyalara tabe olmayan biznes münasibətləri üçün əla fürsətdir”
Xatırladım ki, Tim Draper 2014-cü ildə hərrac yolu ilə “Silk Road” platformasından müsadirə olunan 32.000 BTC-ni 18 milyon dollara satın almışdı. Hazırda isə onların dəyəri 272 milyon dollar təşkil edir.
Elnur Quliyev
Crypto Consulting