CONSENSUS 2018 konfransı

   consensus.jpgMayın 14-ü Nyu-Yorkda bitkoin, kriptovalyutalar və blokçeyn texnologiyasına həsr edilmiş üç günlük “CONSENSUS 2018″ konfransı start götürdü. Sayca 4-cü olan bu konfransin təşkilatçısı CoinDesk-dir.

Konfrans Hilton Midtown otelində keçiriləcək və  təxminən 8000 qonağın iştirak etməsi nəzərdə tutulub. Konfransda 250 ekpertin iştirakı ilə cıxışlar və panel  müzakirələri tədim olunacaqdır. Müzakirələr və mühazirələrdə blokçeyn texnologiyası, kriptovalyutalar və Fintex dünyasının ən müxtəlif aspektlərinə toxunacaq.

    32492026_1833960643576753_6450508989842063360_n  CONSENSUS 2018-də çıxış edən ekspertlərin siyahısı kriptovalyuta sənayesinin ənənəvi biznes və maliyyə dünyasına dərin nüfuzunu əks etdirir: konfransda “Start-up”-çılardan əlavə iri və tanınmış korporasiyaların çox sayda menecerlərinin, tənzimləyicilərin və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Vitalik Buterin və OmiseGO proyektinin komandası konsfransda iştirak etməyəcəklərini qabacadan elan etmişdilər.

    Tədbirin ən tanınmış spikerləri arasında – Don Tapscott (Blockchain Research Institute), Brian Hoffman (OB1/OpenBazaar), Jed McCaleb (Stellar), Elizabeth Stark (Lightning Labs), Marco Streng (Genesis Mining), Eva Kaili (Avropa Parlamenti), Jeremy Allaire (Circle), Vinni Linqhem (Civic), Qeorqi Kikvadze (BitFury), создатель Litecoin Charlie Lee, Ned Scott (Steemit), Yuzo Kano (Coincheck), Andrew Poelstra (Blockstream), Djorjan Erl (Qtum), Joseph Lubin (ConsenSys), Jimmy Song (Blockchain Capital), Zuko Uilkoks (Zcash), Pavel Kravchenko (Distributed Lab), Dan Morehead (Pantera Capital), Sunny Lu (VeChain), Brian Behlendorf (Hyperledger), Jesse Powell (Kraken) adları var.

0_Uj-aqZ9sckKyU_7w_.png

 

Elnur Quliyev

 

Leave a Reply