Argentinanın Banco Masventas (BMV) bankı yerli kriptovalyuta mübadilə servisi olan Bitex ilə birgə partnyorluq çərçivəsində öz müştərilərinə bitkoinlə beynəlxalq köçürmələri həyata keçirmək imkanı yaradacaq. Bu variant son zamanlar bir çox təhlükəsizlik problemlərinin mövcudluğunu nümayiş etdirən SWIFT şəbəkəsinə alternativdir. Xidmət aktiv edilkdikdən sonra Banco Masventas (BMV) bitkoindən beynəlxalq köçürmədə bitkoindən istifadə edən ilk bank qurumu olacaqdır.
Bankın əsas səhmdarı olan Jose Dakak: “Bu xidmət beynəlxalq ödənişlərlə bağlı xərcləri azaltmağa imkan verəcək. Yeni texnologiyanın tətbiqi ilə dünyanın 50-dən çox ölkəsinə pul köçürməsində bütün prosesi 24 saatadək azalacaq və əməliyyat üçün komissiya 3%-ə enəcək”
BMV-də izah edildiyi kimi müştəri birbaşa bitkoin ilə əməliyyatlar aparmayacaqdır: bank və Bitex vasitəçi kimi çıxış edəcək və istifadəçiyə əməliyyatın izlənmə imkanı verir. BMV-nın bu təşəbbüs uğurlu olsa Argentina rəqəmsal bankçılıq sahəsində qonşu ölkələrdən daha qabaqda olduğunu sübüt edəcək. Xatırladım ki, sprel ayında Buenos-Ayresdə “Bitkoin günü” adlanan bir tədbir keçirildi. Bu hadisə, paytaxtda nə qədər insan bitcoins inkişafına dəstək olduğunu nümayiş etdirdi.
Elnur Quliyev