May ayında ümumilkdə kriptovalyutaların qiymətindəki enmələrə baxmayaraq bitkoin-bankomat sənayesi inkişaf etməkdə davam edir. 29.05.2018 tarixinə CoinATMradar məlumatına əsasən dünyada 3128 ədəd bitcoin-ATM mövcuddur. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-cı ildə 954, 2017-ci ildə isə 2028 ədəd olmuşdur.
Mövcud bankomatların 99.9%-i bitcoi-ni dəstəkləyir lakin altkoinləri də dəstkləyən bankomatlarda var. Litecoin-u 48%, Ethereum-u 28%, Bitcoin Cash 15%, Dash-ı isə 9% bankomatlar dəstəkləyir. Ümumilikdə bankomatların 35%-də ikitərəfli əməliyyat aparmaq, yəni həm almaq, həmdə satmaq mümkündür. ATM-lərdə mübadilə zamanı ortalama komissya xərci alışda- 9.6%, satışda- 7.8% təşkil edir. Bitcoin-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (34%), General Bytes (27%) və Lamassu (11%) ümumi bazarın 70%-ni təşkil edir.
Statistika üzrə dünyadakı bitcoin bankomatların sayına görə lider ölkə Amerikadır – 1965 ədəd. Digər ölkələrdə bu göstərici aşağıdakı kimidir: Kanada- 532, Avstriya- 177, Böyük Britaniya- 134, İspaniya- 55, Rusiya- 49, Avstraliya- 46, İtaliya- 28, Çexiya- 46, İsveçrə- 23, Hollandiya- 25, Finlandiya-21, Polşa- 20, Yaponiya-11, Sloveniya- 10 ədəd.