Kanadalı bankların minlərlə müştərisi haqqında məlumatı oğurlayan hakerlər bu məlumatın yayılmaması üçün 1 milyon dollar dəyərində Ripple (XRP) tələb ediblər. CBC News-in məlumatına əsasən, haker hücümundan zərər çəkmiş iki bank – Bank of Montreal və online bank – CIBC Simplii Financial elan ediblər ki, hakerlər 90.000 hesab sahibinin fərdi məlumatlarını (adlar, hesab nömrələri və parollar) əldə edə biliblər. Cinayətkarlar həmçinin hesablar üzrə gizli suallar və onların cavabları, sosial sığorta nömrələri və hesabların balansı barədə məlumatları əldə etdiklərini iddia edirlər.
Hackerlar müştəri məlumatlarının əldə etməsinin sübut kimi hər bir bankdan bir müştərisi haqqında məlumatları veriblər. Hackerlər hesab nömrələrini yaratmaq üçün alqoritmdən istifadə ediblər, hansı ki, sonradan özlərini real hesab sahibləri kimi təqlid edərək hesablarla bağlı məlumatları əldə ediblər. Lakin hər iki bank hakerlərə hər hansı bir ödəniş etməyəcəyini bəyan etdi.