Kriptovalyutaların qiymətlərinə təsir edən ən mühüm faktorlardan biri kriptovalyuta birjalarına edilən haker hücümlarıdır. Haker hücumlarının mənfi nəticəsi ümumi bazar qiymətlərinə birjanın nüfuzu, oğurlanmış rəqəmsal aktivlərin dəyəri, birjanın ticarət dövriyyəsi və istifadəçilərinin sayından aslı olaraq dəyişir.
2018-ci ildə kriptobirjalara edilən ən iri haker hücumları:
Bithumb – İyun, 2018. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 30 milyon dollar.
İyunun 19-u birjaya hücum nəticəsində 30 milyon dollar dəyərində kriptovalyuta ogurlandı. Bithumb haker hücümundan əvvəl reytinq üzrə 6-ci yerdə idi, hücumdan sonra isə 10-cu yerə düşdü.
Coinrail – İyun, 2018. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 37 milyon dollar.
Nəticədə məşhur KİV vasitələri olan Bloomberg, Reuters, The Gurardian, the Wall Street Journal Coinrail və Bithumb birjalarına haker hücumundan sonra kriptovalyutaların ümumilikdə qiymətinin 11% düşməsindən yazdı.
Coincheck – Yanvar, 2018. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 534 milyon dollar.
Coincheck birjasından 523 milyom NEM dəyərində oğurluqdan sonra NEM fondunun rəhbəri Lon Vonq bu hadisəni “tarixin ən iri haker oğurluğu” adlandırıb. Birja bütün istifadəçilərinə oğurlanmış rəqəmsal aktivlərininin kompensasiya edəcəyini söz verdi. Apreldə isə yapon maliyyə şirkəti olan Monex Group 33.5 milyon dollara Coincheck-in 100%-lik səhm paketini aldı.
BitGrail – Fevral, 2018. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 195 milyon dollar.
Fevralın 8-də İtaliyanın kriptovalyuta birjası BitGrail 195 milyon dollar dəyərində Nano oğurladığını bildirmişdi.
MyEtherWallet, BlackWallet, Binance
Yanvar ayında hakerlər DNS hücumları ilə Blackwallet.co cüzdanından 400.000 dollar dəyərində Stellar Lumens (XLM) oğurlamağı bacardı. Apreldə isə MyEtherWallet-ə haker hücumu zamanı eyni üsuldan istifadə edilib. Mart 7-də isə Binance birjasına hücum edilib və bundan 4 gün sonra birjanın rəhbərliyi hakerləri tapmaq üçün informasiya verən istənilən şəxsə 250.000 dollar dəyərində BNB (Binance Coin) mükafat verəcəyini bildirmişdi.
Crypto Consulting