Isveçrə bankından kripto-şirkətlər üçün biznes hesab

        Isveçrənin Hypothekarbank Lenzburg bankı blokçeyn və kriptovalyuta şirkətləri üçün biznes hesabı açmağa hazır olduğunu bəyan etdi. Hypothekarbank Lenzburg-ın icraçı direktoru Marianne Wildi bankın “kriptovalyuta sənayesində çirkli pulların yuyulması problemi”-dən xəbərdar olduğunu da vurğulayıb. Bu səbəbdən bank kripto sektorla bağlı riskləri və qaydalara uyğunluqla bağlı məsələləri diqqətlə öyrənmişdir.

     Marianne Wildi: “Texnoloji inkişaf bizim üçün son dərəcə vacibdir. Biz hökumətlə Fintex sahəsində birgə strategiya həyata keçiririk. Bu səbəbdən biz bank olaraq gənc, inkşaf edən kripto sənaye və onun iştirakçıları ilə əməkdaşlıqda maraqlıyıq”.

1500_Ly9jb2ludGVsZWdyYXBoLmNvbS9zdG9yYWdlL3VwbG9hZHMvdmlldy85MmEyYjNkMjNkMTM1NDg2NGJiYTE2NjNlMzliMzVhZC5qcGc=     Həmçinin kripto-şirkətlər ilə əməkdaşlığa başlamazdan əvvəl bank öz qərarı barədə İsveçrə Maliyyə Bazarlarına Nəzarət Xidmətini (FINMA) qabaqcadan xəbərdar edib. Bankın icraçı direktorunun sözünə əsasən Hypothekarbank Lenzburqun öz müştərilərini diqqətlə yoxlayır və kriptovalyuta sektorundan hələ ki, yalnız iki şirkətə – GeissbühlerWeber & Partner AG hesab açılıb.

      Xatırladım ki, keçən il İsveçrənin digər bankı – Falcon Private Bank öz müştərilərinə (Bitcoin Suisse AG ilə əməkdaşlıq çərçivəsində) Ether, Litecoin və Bitcoin Cash alqı-satqı etmək və öz hesabında saxlamaq imkanını yaratmışdı. Falcon Private Bank tanınmış maliyyə qurumu olan Falcon Group-un strukturuna daxildir. Falcon Group-un Cenevrə, Honq Konq, Sinqapur, Dubay və Londonda ofisləri fəaliyyət göstərir.

Elnur Quliyev

Leave a Reply