London İqtisadiyyat Məktəbi (LSE) kriptovalyutalar üzrə onlayn kurslara start verəcək. Kursun adı “Cryptocurrency Investment and Disruption” adlanır və ilk dərslər avqustda başlayacaq. Tələbələr bu kursda kripto-birjalarda düzgün ticarət etməyi, kriptovalyuta cüzdanlarından istifadə etməyi və İCO şirkətlərini qiymətləndirməyi öyrənəcəklər. Kursda rəqəmsal valyutaların və blockchain texnologiyasının gələcəkdə pulların, bazarların və sənayenin xarakterini necə dəyişməsini analiz etməyə imkan verən nəzəri biliklər tədris ediləcək. Onlayn kursa LSE-nin İnformasiya sistemləri və İnnovasiya Departamentinin dosenti Dr. Carsten Sorensen rəhbərlik edəcək. Proqram 6 moduldan ibarət 60 saatlıq təhsil müddətində olacaq. Kurs ödənişlidir və dəyəri 1800 avro təşkil edir.
Xatırladım ki, London İqtisadiyyat Məktəbi London Universitetinin bir bölməsidir və 1895-ci ildə yaradılıb. LSE-nin məzunları içərisində 18 Nobel mükafatçısı, 36 dövlət və hökumət başçıları var.
London polislərinə kriptovalyuta təlimləri keçiriləcək
Elnur Quliyev