London məscidi ianələri bitcoin ilə qəbul edir

    May ayında Londonun Shacklewell Lane məscidi ianələri kriptovalyuta ilə qəbul edəcəyini bəyan etmişdi. İyulun 13-də məscidin işçiləri Ramazan ayında bitkoinlə 13.983 funt, nağd şəkildə isə 3.460 funt sterlinq yığdıqlarını bildirdilər. Məscidin himəyəçilər şurasının sədri Erkin Günay The Hackney Gazette-yə müsahibəsində: “Məsciddə bir çox insanın başlanğıcda rəqəmsal valyutalarda ianə qəbul etməsinə şübhə ilə yanaşırdılar lakin faktiki olaraq biz kriptovalyutasında dörd dəfə çox vəsait aldıq və bu bizə zamanla ayaqlaşmağın nə qədər əhəmiyyətli olduğunu göstərir. Yeni pullar sayəsində məscidimizi dəstəkləyə biləcək daha geniş auditoriya çatmağa çalışırıq” deyib.

Məscidin hazırda ianələri kriptovalyutadə almağa davam edir. Məscidin veb-saytında bildirilir ki, ianələri bitkoin və ya ether ilə ödəmək mümkündür. Bu vəsaitlər məscid binasının təmirinə, yoxsul ailələrə kömək etmək, cənazələri xərclərini ödəmək, həmçinin yerli yoxsullara yemək və sığınacaq vermək üçün xərclənəcək.

    Xatırladım ki, ilk dəfə 2013-cü ildə bitkoinlə ianə qəbul etmiş dini qurum Nyu Yorkdakı katolik kilsə – St. John the Evangelist olub.

 

Elnur Quliyev

Leave a Reply