“PSG” futbol klubu öz kriptovalyutasını buraxacaq

skysports-psg-league-of-legends-3807959-197579-1280x0 Fransanın “PSG” (Paris Saint-Germain) futbol klubu Maltanın ChiliZ şirkəti ilə kriptovalyuta buraxmaq üçün partnyorluq müqaviləsi imzalayıb. Paris şəhərini təmsil edən klub Binance birjası tərəfindən dəstəklənən Socios.com blokçeyn platforması ilə əməkdaşlıq çərçivəsində Fan Token Offering (FTO) tokenlərini buraxacaq. FTO tokenlərinə sahib olan klub azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı “kosmetik qərarlar” (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları)  verilərkən səsvermədə iştirak hüququ qazanacaqlar.

    ChiliZ-in təsisçisi Alexandre Dreyfus qeyd edib ki, buraxılan FTO tokeni futbol klubuna əlavə vəsait cəlb edəcək və aktiv azarkeşlərin iştirakını artıracaq. PSG-nin partnyorluq üzrə direktoru Marc Armstrong “Klub kriptovalyutanın təmin edə  edəcəyi imkanlardan istfadə etməyi planlaşdırır. Bu inqilabi texnologiya klubun ümumi biznes strategiyasına və azarkeşlərimizlə qarşılıqlı əlaqələrə əhəmiyyətli dərəcədə təsir edəcəkdir” deyib.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma