Bermud adaları İCO üçün ilk dövlət lisenziyası verdi

      Bermud adaları hökuməti İCO (Initial Coin Offering) keçirilməsi üçün ilk dəfə olaraq dövlət lisenziyası verib. Royal Gazette nəşrinin verdiyi məlumata əsasən ölkənin milli təhlükəsizlik naziri Wayne Gaines Uulala şirkətinə İCO-nun keçirilməsi üçün dövlət sertifikatının verildiyini bəyan edib.

bermudskie_ostrova_vydali_pervuyu_litsenziyu_ico_proektu_uulala (1)   2018-ci ilin iyul ayında Bermud adalarının maliyyə naziri David Burt İCO keçirilməsi haqqında yeni müddəalar təqdim etmişdi. Bu müddəalara əsasən İCO üzrə icraçı şirkətlər bu prosesdə iştirak edən bütün şəxslər haqqında ətraflı məlumat verməlidirlər. Əlavə olaraq İCO üzrə tələb olunan maliyyə vəsaitlərinin dəqiq həcmi, proyektin təqdim etdiyi məhsul və ya xidmət haqqında dəqiq məlumat verilməli, həmçinin istifadə olunan proqram təminatının xüsusiyyətləri və blockchain texnologiyası ilə bağlı texniki məsələlərə aydınlıq gətirilməlidir.

    Uulala şirkətinin icraçı direktoru Oscar Garcia qeyd edib ki, dövlət lisenziyasının alınması prosesi 4 ay çəkib və şirkət 50 milyon dollar investisiya cəlb etməyi planlaşdırıb ki, bunun da 10 milyonu artıq cəlb edilib.

Oscar Garcia: “Bermud adaları dünyada maliyyə mərkəzi kimi tanınır. Hökümət fintex və blockchhain texnologiyasının prespektivini yaxşı anlayır. Hazırda mövcud qanunvericilik aktları sayəsində biz öz biznesimizi inkişaf etdirə bilərik və müştərilərimiz bizə güvənəcəklər”.

 

Elnur Quliyev

 

Leave a Reply