Personal təyyarələr istehsal edən SkyCraft Airplanes şirkəti 2013-cü ildə ilk dəfə olaraq öz SD-1 Minisport modeli üçün ödəniş vasitəsi kimi bitcoin qəbul edəcəyini elan etmişdi. Dəyəri 54.850 dollar olan SD-1 Minisport modeli həmin vaxt 84 BTC-yə bərabər idi.
SD-1 Minisport modelinin ilk alıcısı isə BitInstant-ın təsisçisi Charlie Shrem olub. O, sevincini öz twitter hesabında “Mən təyyarə aldım. SD-1 bitcoin ilə alına bilən ilk təyyarədir” yazmaqla bildirib.
Elnur Quliyev