Forbes: Dünyanın ən yaxşı “işverən” şirkətləri

     Forbes 2018-ci il üçün dünyanın ən yaxşı 500 işverən şirkətlərin reytinqini dərc edib. Reytinq tərtib edilərkən şirkətin imeci, işçilər üçün yaradılan iş şəraiti və sosial üstünlüklər nəzərə alınır. Sorgu dünyanın 60 ölkəsindən olan iri şirkətlərin 430.000 işçisi arasında aparılıb. Bu reytinq həmçinin işəgötürənlərin işçilər tərəfindən nə dərəcədə yüksək qiymətləndirdiyini öyrənməyə kömək edir.

     Google-nin ana şirkəti olan Alphabet reytinqin ilk pilləsinədə yer alıb. 80.000 işçisi olan Alphabet, İnc. bu yaxınlarda idarə heyyətinin 25.5%-ni qadınlar təşkil etdiyini elan etmişdi. Bu rəqəm digər rəqibləri ilə müqaisədə orta göstəricilərdən daha yüksəkdir. “Top-10”-da Microsoft, Apple, Walt Disney, Amazon, CNOOC, Daimler, Kasikornbank, Celgene, BMW Group yer alıb. Tam siyahıya bu linkdə baxa bilərsiz.

Global-2000-World-s-Best-Employers-List.png.pagespeed.ce.5PdPbxVClp

      2017-ci ildə 3-cü pillədə yer almış Japan Exchange Group bu il 12-ci yerə, Nobel Energy 5-dən 46-ya, İBM 8-dən 17-yə düşüb. Hazırda 9-cu yerdə qərarlaşan və əksəriyyət üçün tanınmayan Celgene biotexnologiya şirkətidir. Celgene hazırda xərçəng xəstəliyinin müalicəsi və genlərin modifikasiyasından istifadə edərək iltihab xəstəliklərinin müalicəsinin müxtəlif üsullarını inkişaf etdirir.

    Müsəlman ölkələrindən reytinq üzrə ən yaxşı nəticəni İndoneziyanın Bank Mandri (11), Bank Central Asia (32), Gudang Garam (109), Telkom Indonesia (112), S. Ərəbistanın Almarai (61), National Commercial Bank (121), Türkiyənin Koç Holding (94) göstərib.
Digər məşhur brendlər və şirkətlər reytinq üzrə aşağıdakı yerlərdə qərarlaşıb: Simens (15), Volkswagen (16), MasterCard (21), Nestle (29), Hilton (30), Coca-cola (33), Ferrari (36), Facebook (45), Nike (49), Adidas (62), Visa (71),Samsung (79), Dell (78), FedEx (79).

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma