Kibertəhlükəsizlik üzrə ixtisaslaşan Group-İB şirkəti kripto aktivlərin sığortalanması üzrə CryptoIns platforması ilə əməkdaşlıq çərçivəsində dünyada ilk dəfə olaraq birjalarda kiber hücumlara qarşı “kripto aktivlərin sığorta dəyərinin qiymətləndirmə sistemi”-nin hazırlandığını bəyan etdi. İsveçrənin sığorta brokeri olan ASPIS S tərəfindən dəstəklənən CryptoIns artıq investor və treyderlərə birjalarda öz aktivlərini sığortalamaq üçün sığorta polisləri təqdim edəcək. Təqdim edilən yeni “sığorta polisi” birjanın proqram təminatına kiber hücumu, oğurluq və birja adminlərinin fırıldaqçılığı nəticəsində yaranan zərərləri əhatə edir. Kriptovalyuta birjalarında risklər qiymətləndirilərkən əsasən aşağıdakı faktorlar nəzərə alınır: texniki təhlükəsizlik səviyyəsi, məlumat bazasının – parol və şifrələr, müştərilərin şəxsi məlumatlarının etibarlılığı, KYC (öz müştərini tanı) qaydalarına əməl olunması.
CryptoIns sığorta dəyərinin hesablanması üzrə risklərinin analizi zamanı kriptovalyuta platformalarını 4 qrupa bölərək Group-IB ilə birlikdə aparıcı kriptovalyuta birjalarının təhlükəsizlik səviyyələrini qiymətləndirərək hesabat təqdim edib. Hesabata əsasən Kraken ən yüksək təhlükəsizlik reytinqi alaraq 1-ci qrupda yer alıb. 2-ci qrupda Bittrex и Coinbase Pro, 3-cü qrupda isə Binance, Bitifinex, Bithumb, Bitmex, Localbitcoins, MyEtherWallet və Poloniex yer alıb. Kriptovalyuta birjaları içərisində ən riskli, yəni 4-cü qrupda yer alan Zaif, Bitstamp, Bit-Z, OKEx, Huobi Pro və Coincheck birjaları olub.
Zaman keçdikcə kriptovalyuta bazarına daha çox oyunçular daxil olur və hazırda kripto birjalarda təhlükəsizlik səviyyəsi ən vacib faktorlardan birinə çevrilib. Ötən 8 il ərzində 31 birjaya kiber hücum edilib və təxmini hesablamalara əsasən 1.3 milyard dollarlıq vəsait oğurlanıb.
Xatırladım ki, kriptovalyuta birjası olan International Digital Currency Markets (IDCM) təhlükəsizliyi artırmaq məqsədi ilə şübhəli fəaliyyətlərin aşkarlanması üçün şəbəkəyə daim nəzarət süni intellekt kimi yeni texnologiyalardan istifadə edir.