Moskva Şəhər İnformasiya Texnologiyaları İdarəsi və “Яндекс.Деньги” tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən nağdsız ödəmə metodlarından istifadə edən moskvalıların 1%-i bitcoin istifadə edir və 5% -i isə bu imkanı əldə etmək istəyirlər. İnformasiya Texnologiyaları Departamentinin analitik Mərkəzinin rəhbəri İvan Buturlin elektron ödənişlərin bazarının tədqiqatının nəticələrini şərh edərək “”Moskvalıların yalnız 34%-i nağdsız ödəniş metodlarından istifadə etməyə çalışırlar. İstifadə edənlərin 63%-i ən azı gündə bir dəfə nağdsız əməliyyatlara müraciət edirlər” deyib.
Moskvalılar daha çox nağdsız ödəniş üsulları istifadə etdikləri xidmətlər:
- bank kartı – 96%
- mobil bank – 40%
- İnternet bankçılıq – 32%
- elektron pullar – 16%
Bununla belə sorğunun nəticələrindən məlum olub ki, moskvalıların 40%-i nağdsız əməliyyatların təhlükəli olduğunu düşünür, 11%-i isə nağdsız ödənişlərdən necə istifadə etməyi bacarmır. “Яндекс.Деньги”-in icraçı direktoru İvan Qlazaçev: “Nağdsız ödənişlərin daha çox sayda vətəndaşın həyatına nüfuz etməsi üçün insanlar bunun təhlükəsiz bir ödəniş metodu olduğunu başa düşməlidir. Göründüyü kimi bunun üçün müəyyən vaxt lazım olacaq”.
Xatırlaım ki, oktyabr ayında Rusiya prezidentinin rəqəmsal inkişaf üzrə xüsusi nümayəndəsi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya Federasiyası ərazisində kriptovalyutaların tənzimlənməsi FATF ilə birgə həyata keçiriləcəkdir.