BDCenter 30 birjanın fəaliyyətini analiz etdi

     BDCenter agentliyi (avqust – noyabr 2018) 30 ən iri və populyar kriptovalyuta birjaları – Binance, Okex, Huobi, Bitfinex, Upbit, Poloniex, Zb.com, Hitbtc, Coinbase, Kraken, Coinex, Ibank, Bitforex, Bibox, Bit-z, Bitstamp, Bittrex, Bcex, Digifinex, Coinbene, Bitbank, Simex, Exx, Gate, Oex, Coinsuper, Topbtc, Wex, Gemini və Coinsbank-ın fəaliyyətini analiz edərək hesabat yayımlayıb. Bu birjalarla yanaşı Wcex, Radarrelay, Exmo, Ethfinex kimi platformların məlumatları da nəzərə alınıb.

Hesabatın nəticələri:

  • Ən populyar ticarət olunan kriptovalyutalar: bitcoin, eth, ripple, bitcoin cash, litecoin;
  • Birjalardan qeydiyyatdan keçən istifadəçilərin 30% amerikalı, 15%-i rusalar, 11%-i çinli, 10%-i vyetnamlı, 7%-i türklər, 5%-i braziliyalı və 4%-i ukraynalılardır;
  • 30 birjadan 13-də (Bitfinex, Upbit, CoinBase, Kraken, Bitstamp, Bitbank, Simex, Bitflyer, OEX, CoinSuper, TOPBTC, WEX, Gemini) fiat pullara məxaric imkanı var;
  • Birjaların real dövriyyələri ilə elan etdikləri dövriyyələr arasında böyük fərqlər var. Ən çox fərq CoinEx, LBank, ZB.COM, Huobi və OKEx birjalarında olub. Binance, Bitfinex, Coinbase, Kraken-də dövriyyələr real göstərilib;
  • Birjaların baş qərərgahlarının ən çox yerləşdiyi şəhərlər: Honq Qonq, San Fransisko, Las-Veqas
  • 30 birjadan 13-nün öz tokeni var;
  • Birjaların əsas gəliri ticarət üzrə komissiyalardan olan gəlirlərdir. Treydinq üzrə ən gəlirli birjalar – Binance ($148 mln), EXX ($58 mln), Bitfinex ($46 mln), Coinbase ($38,7 mln), Gemini ($28 mln). Listinq üzrə ən gəlirli birjlar – Huobi ($17,5 mln), Coinsuper ($9,5 mln), Bit-Z ($5,3 mln), Binance ($5 mln), Coinbene ($3,6 mln)

d2559c385f8059434894888647424c53

Leave a Reply