Braziliyanın kriptovalyuta birjası BitCacmbio istifadəçisi olan Kaique Nunes adlı şəxsə 127 dollar əvəzinə 35 milyon göndərib. Buna səbəb birjada baş verən texniki problem olub. Səhv aşkar edildikdən dərhal sonra birja əməliyyatı ləğv edib. Lakin məbləğin böyük olmasına görə tənzimləyici orqanlar birjadan istifadəçi adından notariusdan təsdiqedici məktubun təqdim edilməsini tələb edib. Birja rəhbərliyi istifadəçi – Kaique Nunes ilə əlaqə yaratmağa çalışıb. Kaique Nunes bu hadisəyə əvvəlcə inanmayıb və bunun bir fırıldaqçlıq maxenasiyası zənn edərək birjanın əlaqə qurmaq cəhdlərinə cavab verməyib. Sonradan Kaique Nunes facebook qrupların birində mövcud problemi paylaşdıqdan sonra Bitcacmbio-nun əməkdaşı olan Rodrigo Souza görürür və birjada həqiqətən səhv olduğunu ona izah edir. Məsələ aydınlaşandan sonra birja istifadəçiyə faktiki səhvə görə konpensasiya ödəməyi söz verib.