Küveyt Milli Bankı (NBK) onlayn bankçılıq üçün RippleNet texnologiyasından istifadə etməyə icazə verdi. Bankın nümayəndələri dekabrın 26-sı rəsmi tvetter səhifəsində: “Küveytdə ilk dəfə: artıq ölkədə pul köçürmələrini bir neçə saniyə ərzində göndərmək mümkün olacaq. Bunun üçün istifadəçilər sadəcə onlayn bankçılıq üçün RippleNet-ə daxil olmalıdırlar” yazıblar.