JVCEA – Yaponiya kriptovalyuta birjalarının assosasiyası

      JVCEA – Yaponiya kriptovalyuta birjalarının assosasiyasının verdiyi məlumata əsəsən yanvarın 4-ü daha beş kriptovalyuta birjası (Coincheck, Everyone’s Bitcoin, Lastroots Inc., LVC Corporation, Coinage Corporation) quruma üzv qəbul olunub. Bununla da asossosiyaya üzv kriptovalyuta birjaların sayı 21 oldu.

    Xatırladım ki, 2018-ci ilin aprel ayında Yaponiyanın 16 kriptovalyuta birjası ölkədə investorların maraqlarının qorunması və sektor üzrə təhlükəsizlik standartlarının yaradılması məqsədi ilə JVCEA (Japan Virtual Currency Exchange Association) adlı assosasiyasını yaratdılar. JVCEA Coincheck birjasına haker hücümündan sonra investorların etibarının qazanmaq və yeni tənzimləyici tədbirlərin birgə hazırlanması üçün yaradıldı. Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) JVCEA-nın fəaliyyətini analiz etdikdən sonra 2018-ci ilin oktyabr ayında ona “mübahisələrin həlli üçün sertifikatlaşdırılmış biznes assosasiyası” statusunu verdi. Bu sertifikat JVCEA-ya imkan verəcək ki, quruma üzv birjalar üçün özünü tənzimləmə qaydalarını müəyyən etsin. JVCEA 2019-cu ildə FSA ilə sıx əməkdaşlıq üçün maraqlıdır və marjinal ticarətdə istifadə olunan kredit çiyni üzrə limitlərin tətbiq edilməsini təklif etməyi planlaşdırır.

1_1-lovm54r0-d2y8ptl38tq.jpeg

  Yaponiyanın maliyyə tənziməyicisi FSA Coincheck və Zaif birjalarına haker hücümundan sonra ümümilikdə kriptovalyuta birjaların təhlükəsiz sistemlərinə olan tələbləri sərtləşdirməyi qərara almışdı.

 

Elnur Quliyev

Leave a Reply