Currency.com – ilk tənzimlənən kriptovalyuta birjası

   Belarusiyanın Yüksək Texnologiyalar Parkı yanvarın 15-i “Rəqəmsal iqtisadiyyatın inkişafı haqqında” fərmana əsasən lisenziyalaşdırlan Currency.com kriptovalyuta birjasının fəaliyyətə başlamasını elan etdi. Currency.com dünyada ilk tənzimlənən kriptovalyuta birjası oldu. Bununla da belarus vətəndaşları kriptovalyutalarını öz ölkələrində rəsmi olaraq sata və ya ala bilərlər. Birja Monero kimi anonim kriptovalyutalar ilə işləməyəcək.

2

    Proyekt haqqında ilk məlumatlar 2018-ci ilin əvvlində verilmişdi və dəyəri 10 milyon dollar qiymətləndirilirdi. Əsas investorlar isə VP Capital və Larnabel Ventures olub. Proyektin rəhbəri olan Viktor Prokopeniya açıqlayıb ki, yeni birja kriptovalyutaların ticarətindən daha çox tokenləşdirilmiş qiymətli kağızların ticarəti üzrə istiqamətlənəcək. Birjanın əsas funksiyası – kriptovalyutaların alınması və fiat valyutalara konvertasiya olunmasını leqallaşdırmaqdır.

     Birjada AŞB vətəndaşlarından başqa bütün ölkələrdən olan istifadəçilər qeydiyyatdan keçə bilər. Birja istifadəçiləri üçün KYC (öz müştərini tanı) proseduru məcburidir. Bundan əlavə birjada çirkli pulların yuyulması ilə mübarizədə (AML) şübhəli əməliyyatların monitorinqi proqramları təkminləşdirilib, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (CFT) və kibertəhlükəsizlik üzrə dünya standartları tətbiq edilib.

    Əməliyyatdan asılı olaraq mübadilə komissiyaları 0,2%-dən 1.5%-ə qədər olacaqdır. Rəqəmsal aktivlərlə aparılan əməliyyatlar 2023-cü ilə qədər vergilərdən azaddır. Yüksək Texnologiyalar Parkının tələblərinə uyğun olaraq birjanın fəaliyyəti “böyük dördlük”-dən olan audit şirkətlərinin biri tərəfindən mütəmadi olaraq yoxlanılmalıdır. Currency.com-un audit tərəfdaşı Deloitte şirkəti olacaq. Currency.com həmçinin şirkətlərə ICO (initial coin offering) və TSO (tokenised securities offering) xidmətlərini də təklif edəcək.

   Xatırladım ki, Currency.com layihəsinin reallaşdırılması Belarusiya Prezidenti Aleksandr Lukaşenkonun 2017-ci ilin dekabr ayında imzaladığı “Rəqəmsal İqtisadiyyatın İnkişafı haqqında” Fərmanı qəbul edildikdən sonra mümkün olub. Prezidentin № 8 dekreti Belarusiyada ənənəvi iqtisadiyyatın kriptovalyuta və blockchain texnologiyasına inteqrasiyası üçün baza şərtlərini yaratdı.

 

 

Elnur Quliyev

Leave a Reply