BitPay bitcoin köçürmələr üzrə rekord vurdu

       2018-ci ildə kriptovalyuta bazarında qiymətlərin kəskin enməsinə baxmayaraq kripto ödənişlər operatoru olan BitPay şirkəti bitcoin-ödənişlər üzrə 1milyard dollar dövriyyə ilə rekorda imza atdı. BitPay-in B2B ödənişlər seqment üzrə dövriyyəsi 2017-ci il ilə müqaisədə 225%, işçilərinin sayı isə 80% artıb. Buna əsəs səbəb 2018-ci ildə hüquqi şəxslər, Data mərkəzlər, İT sektoru üzrə istehsalçı və xidmət təklif edən şirkətlərin kriptoalyuta ilə hesablaşmalara qoşulmasıdır. 2018-ci ildə BitPay ödəniş sisteminə Dish Networks, HackerOne və ABŞ-ın Oqayo ştatının xəzinədarlığı da qoşulub. Xatırladım ki, Oqayo ştatı ABŞ-da vergiləri bitcoin ilə qəbul edən ilk ştatıdır.

3

    Bitcoin ödənişlərin artmasının əsas səbəblərindən biri də şəbəkədə tranzaksiyalar üzrə səhvlərin əhəmiyyətli dərəcədə azalmasıdır. Hesablamalara əsasən tranzaksiya səhvləri ucbatından itirilən vəsaitlərin həcmi 8%-dən 1%-ə qədər enib.

    BitPay-in təsisçisi və CEO-su Stiven Peir: “BitPay-in B2B biznesi sürətlə böyüməkdə davam edir. Çünki bizim təklifimiz dünyanın bir çox regionunda bank ödənişlərindən daha sürətli və ucuzdur. Bitkoinin qiymətinin düşməsinə baxmayaraq BitPay-in 1 milyard dollardan çox məbləğdə dövriyyəsi onu göstərir ki, dünyada insanlar arasında bitkoinin ödəmə kimi istifadəsi artmaqdadır.”

BitPay haqqında

3.1    BitPay bitcoin qəbul etmək istəyən şirkətlərə mobil nəzarət xidmətləri təmin etmək üçün 2011-ci ildə Tony GallippiStiven Peir tərəfindən yaradılıb. Mərkəzi ofisi Atlanta (ABŞ) şəhərində yerləşir. 2016-cı ilin may ayında BitPay bitcoin istifadəçiləri üçün ABŞ-ın bütün ştatlarını əhatə edən Visa Prepaid BitPay debt kartını buraxdı. BitPay 2018-ci ilin iyul ayında isə Nyu-York ştatının Maliyyə Xidmətləri Departamentindən (NYDFS) virtual pul köçürmələri üçün lisenziya (BitLicense) alıb. BitPay-yə qədər bu lisenziyanı cəmi 7 şirkət – Square, Xapo, Genesis Global Trading, bitFlyer USA, Coinbase, XRP II və Circle Internet Financial almışdı.

 

Elnur Quliyev

 

Leave a Reply