Stiv Voznyak: Bitcoin 20000$ olanda satdım

    Apple-in həmtəsisçisi Stiv Voznyak yanvarın 24-ü Stokholmda keçirilən Nordic Business Forum-da çıxışı zamanı 2017-ci ilin dekabr ayında bitcoin 20.000 dollar olanda bütün bitkoinlərini satdığını deyib. O, qeyd edib ki, bitcoin 700 dollar olan zaman onu sadəcə maraq üçün alıb və eksperiment aparmaq istəyib.

   Stiv Voznyak: “Mənə maraqlı idi və öyrənmək istəyirdim ki, bitkoini necə almaq və ya satmaq olar. Xarici səfərlərimdə restoran və otellərdə bitkoinlə heablaşmaq istəyirdim. İlk dəfə bitkoini 700 dollar olanda aldım lakin sonradan 350-yə düşdü. Məni bu o qədər də narahat etmirdi çünki bitkoini eksperiment üçün almışdım. Qiymətlər tez-tez qalxıb düşürdü. Sonradan bu mənə darıxdırıcı gəldi və bitkoinin qiyməti 20.000 dollar olanda satmaq qərarını verdim. Məqsədim qazanmaq deyildi lakin xoşbəxtlikdən bu mənim üçün uğurlu investisiya oldu.”

steve-wozniak-bitcoin

 

Elnur Quliyev

Leave a Reply