J.P Morgan Bankı kriptovalyuta buraxacaq – JPM Coin

   Dünyanın ən böyük investisya banklarından biri olan J.P Morgan Chase & Co öz kriptovalyutasını – JPM Coin buraxmağı planlaşdırır. JPM Coin investisiya aləti kimi deyil bankın korporativ müştəriləri arasında ani ödənişləri (irihəcmli) etmək üçün istifadə ediləcək. JPM Coin ABŞ-ın böyük bankı tərəfindən buraxılan ilk kriptovalyuta olacaq. JPM Morgan “Fortune 500” siyasında olan şirkətlərin 80%-nə xidmət edir və gündəlik dövriyyəsi 5 trilyon dollardır. Bloomberg agentliyinin verdiyi xəbərə əsasən JPM Coin yaxın aylarda test ediləcək.

4-3.jpg

   JPM Morgan-ın öz kriptovalyutasını buraxmaq haqqında qərar verməsinin iki səbəbi var. Birincisi, strateji səbəb – Əgər kriptovalyutalar banklar üçün risk faktorudursa o halda yaxşı olar ki, biznesin batmasaını qıraqdan izlməklə deyil onu daxildən nəzarətdə saxlamaq daha məqsədə uyğundur. İkinci səbəb isə rəqabət – beynəlxalq irihəcmli pul köçürmələri banklar arasında müəyyən mürəkkəb prosedurlardan keçməli olur. Bu proses bəzən saatlarla və ya günlərlə çəkə bilər. Qlobal bankçılıq əməliyyatları izləmək və nəzarət etməyə imkan verən, tənzimlənmənin yüksək səviyyədə saxlanılmasını təmin edən blockchain texnologiyası istiqamətində hərəkət edir. Kriptovalyutalar transferləri real vaxt rejimində həyata keçirməyə imkan yaradır ki, bu da banka rəqabət üstünlüyü verir.

 

 

Elnur Quliyev

Leave a Reply