Çin kriptovalyuta reytinqi: Fevral 2019

  Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyutalar üzrə 2019-cü il fevral ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqlayıb. 2018-ci ilin may ayından etibarən tərtib edilən sayca 10-cu reytinqdə 35 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: Eos, Tron, Ethereum, GXChain, BitShares. Tron fevral ayında ilk dəfə olaraq siyahı üzrə 2-ci yerə qalxıb, bitcoin isə 13-cü yerdə qərarlaşıb. Çinli eksertlər hesab edir ki, rəqəmsal valyutalar içərisində EOS ən çox prespektivi olan kriptovalyutadır.

china_rate.jpg

     Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

 

 

Elnur Quliyev

Leave a Reply