Instagram-da biznes qurmağın 7 yolu

    İstənilən şəxs Instagram sosial şəbəkəsində biznes quraraq pul qazana bilər lakin bunun üçün düzgün istiqamət seçilməlidir. Hazırda instagram yalnız sosial şəbəkə deyil, eyni zamanda bir ticarət meydançasıdır. 2015-ci ildən başlayaraq daha da populyarlaşan instagram həm ünsiyyət, həm də qazanc platformasına çevrilməyi bacarıb. Instagram istifadəçilərinin orta yaş həddi 18-33 arasında dəyişir. Statistikaya əsasən onların 60%-i minimum gün ərzində bir dəfə öz hesablarını yoxlayırlar. Bu səbəbdən biznes üçün instagram-dan istifadə tendensiyası gündən günə daha da geniş yayılmağa başlayır.

   Sosial şəbəkə vasitəsi ilə siz, müxtəlif yollardan istifadə edərək qazanc əldə edə bilərsiniz. Instagram sosial şəbəkəsində bu yollardan ən geniş yayılmışı, öz hesabınızda reklam postlarının yerləşdirilməsi yoludur. Bu şəbəkədə reklamın effektivliyini artırmaq üçün aşağıdakı tövsiyyələri mütləq şəkildə nəzərə almalısınız:

  • SMM-in əsaslarını öyrənin. Buna nail olmaq üçün müxtəlif onlayn-kurslardan, ədəbiyyatlardan və ya təcrübəli marketoloqların təcrübələrindən istifadə edə bilərsiniz
  • Oxucuların sayını süni artırmağa çalışmayın. Bu manipulyasiya sizə heç bir fayda verməyəcək! Birincisi, aktiv olmayan auditoriya sizə heç nə verməyəcək. İkincisi isə süni şəkildə artırılmış oxucular dərhal nəzərə çarpır və potensial investorların sizinlə əməkdaşlıq etməsinə maneə ola bilər.
  • Keyfiyyətli kontent üzərində çalışın. Kontent nədir? Kontent – faydalı və maraqlı postlar, yaxşı vizual tərtibat və cəlbedici konsepsiyadır.
  • Gözləməyə hazır olun. İnstagram daim inkişaf edən sosial şəbəkədir və burada rəqabət gündən günə artır. Bu səbəbdən bu platformada biznesin qurulması o qədər də asan olmayacaq və müyyən zaman alacaq.

02

İndi isə instagramda biznes qurmağın 7 yolunu nəzərdən keçirək. 

№1 – Əmtəə və ya xidmətin satışı. 

Instagram – effektiv ticarət meydançasıdır və çox aktiv olan auditoriya burada cəmlənib. Az sayda oxuculara malik olan hesablar belə, burada öz əmttə və xidmətlərini sataraq gəlir əldə edə bilərlər.

03Instagram-da nə satırlar? Əmtəə: qida məhsulları, paltar və ayaqqabı, güllər, əl işləri, aksessuarlar,  dekor və qab-qacaq əşyaları, kosmetika və s. Xidmət: dizaynerlər, rəssamlar, psixoloqlar, biznes-məşqçilər, gözəllik salonları, idman kompleksləri, uşaq baxçaları və s. Hazırda demək olar ki, istənilən əmtəə və ya xidməti satmaq mümkündür. Burada ən əsas məqam bunu düzgün satmaqdır. Əgər hər hansı hobbiniz varsa, öz əl işlərinizi satışa qoyub gəlir əldə edə bilərsiniz. Əgər dar sahə üzrə ixtisaslaşmış mütəxəssissinizsə, öz təcrübənizi digər insanlarla bölüşmək üçün hesab aça bilərsiniz. İnsanlar təmənnasız informasiyalara böyük maraq göstərirlər. Bu yolla siz yeni izləyicilər cəlb edə bilərsiniz. Hesabınızı inkişaf elətdirməyə başlamazdan öncə, oxucunuzu təsəvvür edin: onun neçə yaşı var? O nəyə maraq göstərir? Onun gəlir səviyyəsi necədir? O hansı şəhərdə yaşayır? O nə ilə məşğuldur? Öz oxucularınız haqda təsəvvürünüz olsa, işiniz asanlaşacaq.

Əmtəə və xidmətləri başqa hansı yollarla satmaq  mümkündür?

  • Onları digər blogçulara təqdim edərək, barter təklif etmək: siz onlara – əmtəə və ya xidmət, onlar sizə – bu məhsulun reklamını;
  • Instagram-da müxtəlif yarışlar, aksiyalar, endirimlər təşkil etmək;
  • Düzgün həştəqləri və məşhur geolokasiyanı seçmək;
  • Profilinizin başlığını düzgün tərtib etmək. Məsələn, əgər siz Bakıda tortların satışı ilə məşğulsunuzsa, blogunuzun adında “Bakı tortları” yaza bilərsiniz. Bu halda potensial müştərilər sizi daha tez tapa biləcəklər;
  • Targetinqdən (sizə lazım olan auditoriyanı seçmək üçün istifadə olunan xüsusi reklam mexanizmi) istifadə etmək.

Instagram-da nəyisə satmaq istəyirsinizsə, bizdən sizə tövsiyələr:

  • Məhsulunuzu hazırlayarkən, oxucularınızla bu prosesi bölüşün;03
  • Rəylərə hər zaman cavab verin;
  • əmtəə və ya xidmətinizin qiymətini qeyd edin. Çox vaxt internet mağazalarında “qiymət üçün direct” yazısına rast gəlmək olar. Qiyməti yazmasanız, potensial müştərini itirə bilərsiniz. Birincisi, heç də hər kəsin Direct vasitəsi ilə əlaqə saxlamaq üçün vaxtı yoxdur. İkincisi, belə təqdirdə müştəri düşünə bilər ki, sizdə qiymətlər daha yüksəkdir. Sizin əsas məqsədiniz alış-veriş prosesini sadələşdirməkdir;
  • Oxucularınızı təşviq edin.

№2 – Reklam postları.

Bu, instagram-da qazanmağın ən sadə və geniş yayılmış metodlardan biridir. Burada yalnız bir vacib şərt var – sizin çoxsaylı auditoriyanız olmalıdır. Adətən, bu rəqəm ən az 10 mindən yuxarı olmalıdır. Əsas odur ki, oxucularınız süni deyil, real insanlar olsunlar.

Alqoritm isə belədir:

  • Reklam postunu hazırlayırsınız (bu fotoşəkil və ya video ola bilər);
  • Posta firma həştəqini və ya link əlavə edirsiniz;
  • Bu postu öz auditoriyanızla paylaşırsınız;
  • Gəlir əldə edirsiniz.

Sxem çox sadədir, lakin burada da bir sıra incəliklər var. Müştəriləri harada axtarmaq lazımdır?

  1. Əgər müştəri özü sizi taparsa demək bəxtiniz gətirdi. Bu, o qədərdə nadir hal deyil. İnsanlar sizin hesabınızı tapdı, ona qiymət verdi və izləməyə başladı. Reklam postların sayı çox olmamalıdır, bu kontentin keyfiyyətinə mənfi təsir göstərə bilər və beləliklə oxucuların müəyyən bir hissəsini itirə bilərsiniz.
  2. Bu gün bloqçu və reklamverəni bir-biri ilə tapışdıran bir çox meydançalar mövcuddur. Adstamer, Epicstar, Sociate  kimi servisləri buna misal göstərmək olar.

Reklam postunun qiyməti necə müəyyən edilir?

Reklam postunun qiymətini instagram hesabının sahibi özü müəyyən edir.  Bu, onun öz əmtəə və xidmətlərinin qiymətləndirməsindən asılıdır. Ümumilikdə isə qiymət oxucu sayına görə müəyyən olunur. Bu formul: 10 oxucu = 0.0253 AZN. Yəni, əgər instagram səhifənizdə 3 min oxucu varsa, reklam postunun qiyməti 75,9 AZN təşkil edəcək. Lakin Due.com-un təsisçisi olan John Marks Templeton öz hesablaşmalarında başqa formuldan istifadə edir: 1 “like” = $0,25-$0,5 / 1 rəy = $1.

Adətən reklam postunun qiymətini müəyyən etmək üçün bütün bu verilənlər “like”-ların və rəylərin ədəd ortasına vurulur. Diqqət etsəniz görəcəksiniz ki, birinci formulda qiymət auditoriyanın sayından, ikinci formulda isə auditoriyanın aktivliyindən asılıdır.

№3 – Fotoşəkillərin satışı.

Bir ailə səyahət edərkən, özü ilə fotoaparat götürmüşdür, sonra isə onları Shuttersrock  kimi ştoklarda satırdı. Deyirlər ki, bununla onlar çox yaxşı gəlir əldə edə biliblər. Hazırda bu metod instagram-da çox geniş yayılıb. Bu mexanizm necə işləyir?

Bu ideyanı realizə etmək üçün aşağıdakı alətlərdən istifadə edə bilərsiniz:

  1. Foap servisi. Saytda qeydiyyatdan keçdikdən sonra siz satmaq istədiyiniz fotoşəkillərdən ibarət portfolio hazırlayırsınız və hər satılmış fotoşəkilin qarşılığında $5 alırsınız. Eyni fotoşəkili bir neçə dəfə sata bilərsiniz.
  2. Bu, fotoqrafçılar birliyidir. Bu meydançada satışları həyata keçirmək üçün bir sıra nüanslara fikir verməyiniz tələb olunur:
  • Hər bir şəkil üçün 4-5 açar sözdən istifadə edin. Bu sizə alıcını tapmaq üçün köməkçi vasitə ola bilər;
  • Heç kimin çəkmədiyi şeyləri çəkin;
  • Eksklüziv şəkilləri paylaşın.
  1. Twenty Saytda qeydiyyatdan keçin və ya iPhone üçün nəzərdə tutulmuş proqramı yükləyin. Burada paylaşdığınız hər bir fotoşəkil satıla bilər.
  2. Snap. Bu xidmət sizə mümkün qədər çox yüksəkkeyfiyyətli fotoşəkil qoymağınızı tövsiyə edir. Fotoşəkilləri paylaşarkən açar sözlərdən istifadə edin ki, alıcı sizi daha tez tapa bilsin.

№4 – Hesabların idarə olunması.

    Bu ideya mahiyyətcə əvvəlkinə çox oxşayır. Instagram-da administratorun əsas vəzifələri:

  • Postların müntəzəm şəkildə hazırlanması;
  • Foto və videoların redaktə edilməsi;
  • Statistikanın analizi;
  • Oxucularla ünsiyyətin yaradılması;
  • Yeni ideyaların generasiyası;
  • Kontent planların hazırlanması;
  • Reklamverənləri tapmaq və onlarla əməkdaşlıq etmək.

Administratorun əsas vəzifəsi, kontentin keyfiyyətini qoruyub saxlamaqdır.

002

№5 – Instagram-da olan şəkilləri çap etmək.

  İnsanların əksəriyyəti öz fotoşəkillərini elektron daşıyıcılarda saxyalırlar. Buna baxmayaraq, çap fotoşəkillərinə olan tələbat hələdə qalmaqdadır. Şəkilləri xüsusi avtomatlar vasitəsi ilə çap olunur, bu tip avtomatı siz istənilən ticarət mərkəzlərin birində əldə edə bilərsiniz. Bu biznesin ikinci tərəfi isə çap olunmuş şəkillərdən fotoalbomların hazırlanmasıdır. Bu, yüksək gəlirli sahələrdən biri hesab olunur. Biznesə başlamazdan əvvəl, siz, öz internet saytınızı işləyib hazırlamalısınız. Eyni zamanda, Instagram hesabınızı yaratmağı unutmayın, onun vasitəsi ilə siz öz xidmətlərinizi reklam edə bilərsiniz. İnternet saytından və instagram hesabının yaradılmasından başqa sizinlə əməkdaşlıq edən tipoqrafiya tapmağınız lazımdır. Burada çapın keyfiyyətinə, kağıza, rəngə, qiymətlərə diqqət etməyiniz vacibdir.

№6 – Əməkdaşlıq proqramları.

    Instagram-da qazanc əldə etməyin ən sadə yollarında biri də, başqalarının əmtəə və xidmətlərin əməkdaşlıq proqramları vasitəsi ilə satılmasıdır. Bu mexanizm necə işləyir?

Alqoritm aşağıdakı kimidir:

  • Qeydiyyat;
  • Əməkdaşlıq əmtəə və ya xidmətinin seçilməsi;
  • İcazənin alınması;
  • Əməkdaşlıq internet ünvanının alınması;
  • Öz hesabınızda əməkdaşlıq internet ünvanının yerləşdirilməsi;
  • Əgər istifadəçi sizin yerləşdirdiyiniz “link”-dən istifadə edib məhsul və ya xidmət alarsa onun müqabilində pul alacaqsınız.

Hazırda əməkdaşlıq proqramlarının sayı kifayət qədər çoxdur. Bu mövzu ilə bağlı  internetdə araşdırma apara bilərsiniz. İstifadə edə biləcəyiniz saytlardan bəzilərini misal göstərək:

  • pro
  • Tlight
  • Adcombo
  • CPA

Reklam postlarının yerləşdirilməsi sahəsində sizin üçün faydalı ola biləcək məsləhətlər:

  1. Yalnız bir məhsulu reklam edin;
  2. Məhsulun şəkilindən istifadə etməyin. İnsanlar üçün nəticə vacibdir, reklam etdiyiniz məhsulu istifadədə göstərin;
  3. İnternet ünvanını mümkün qədər qısa edin. Rahatlığınız üçün bit.ly saytından istifadə edə bilərsiniz;
  4. Əməkdaşlıq satışları üçün yalnız yaxşı satılan məhsulları seçin.

03

№7 – Tapşırıqların yerinə yetirilməsi.

Bu metod çox gəlirli olmasa da, sizin üçün faydalı ola bilər. “Like”-lardan istifadə edərək necə qazanmaq olar?

  1. Xüsusi bir servisdə qeydiyyatdan keçin;
  2. Tapşırıq alın (Məsələn, müəyyən səhifəni “like” etmək);
  3. Tapşırığı yerinə yetirin və qazanın.

Bu tip servislərin bir neçəsinə nəzər salaq:

  • ru – burada fotoşəkilləri “like” edərək və ya müəyyən səhifələri izləyərək pul qazana bilərsiniz;
  • com;
  • Cashbox.

Orta qiymətlər isə aşağıdakı kimidir:

“like” = 0.0152 – 0.0506 AZN

“follow” = 0.0253- 0.1265 AZN

rəy = 0.0759- 0.3794 AZN

 

İnstagram hesabını silmək və dondurmaq qaydaları

 

Mənbə: bizplus.az

One comment

Leave a Reply