Rahm Emanuel: Kriptovalyutaların qəbul edilməsi qaçılmazdır

      ABŞ-ın Çiqaqo şəhərinin meri Rahm Emanuel fintex sənayesinin inkişafı ilə bağlı tədbirdə çıxışı zamanı qeyd edib ki, dünyanın müxtəlif ölkələrdə artan qlobal qeyri-sabitlik və maliyyə böhranı səbəbindən bitcoin və digər kriptovalyutaların kütləvi qəbul edilməsi qaçılmazdır.

https___blogs-images.forbes.com_benjaminpirus_files_2019_03_img-3182-1200x720.jpg Rahm Emanuel: “Hazırda dövlətlər iqtisadi böhranla qarşı-qarşıyadır və parçalanırlar. Şəhərlər böyüyür, bizim böyüdüyümüz siyasi sistem artıq dəyişir. Bir gün insanlar maliyyə böhranı dövründə yaşamaq üçün kriptovalyutaları necə istifadə etməyi başa düşəcək və siz bu anın gəldiyini anlayacaqsınız. Maliyyə böhranı içərisində olan ölkələrin vətəndaşları öz vəsaitlərini rəqəmsal aktivlərdə saxlaya bilərlər, hansı ki, bu aktivlərin qiyməti hər hansı bir təşkilat və ya hökumətin siyasətindən aslı deyil. Bitkoinin qiymətindəki volatillik əvvəllər yüksək olmasına baxmayaraq son vaxtlar dünyada bir çox ölkələrin valyutalarından daha sabitdir.”

Leave a Reply