SEO nədir?

   Vebsaytı axtarış sistemlərində axtarış zamanı ön sıralarda çıxması üçün göstərilən xidmətə SEO (Search Engine Optimization) deyilir. SEO ingilis dilindən tərcümədə axtarış sisteminin optimizasiyası mənasını verir. 928997129474815928845368280631 SEO-nun əsas məqsədi vebsaytları istənilən sözlərdə üst sıraya çıxarmaq və məhsul və ya xidməti tanıdan saytı istənilən kütləyə göstərməkdir. Yaxşı tərtib edilmiş SEO ilə saytınız biləvasitə xidmət və məhsullarınız oxşar xidmət axtaran şəxslərə daha çox görünüb, əlçatan olur. SEO vebsayta istifadəçi cəlb etməyin ən effektiv üsuludur. Axtarış sisteminə optimizasiya ilə siz məhsuldar rəqəmsal marketinq kampaniyası etmiş olursunuz. Bu zaman strategiyanı düzgün qurmaq ən önəmli məqamdır. Hədəf, tez bir zamanda qısamüddətli olaraq ön sıraya çıxmaq yox, qalıcı olaraq ön sırada liderliyi saxlamaqdır.

Niyə SEO?

  İstifadəçi, xidmət və ya məhsul haqqında axtarış etdiyi zaman onu əldə etmək istəyi yüksəkdir. Bu səbəbdən axtarış zamanı nəticə səhifələrində orqanik olaraq ön sıralarda yer almaq, markanızın vebsayt girişlərini və satışlarınızı artırır. 5-Effective-SEO-Tips Axtarış sistemlərində (Google, Yandex, Bing və s) alış-veriş üçün axtarış zamanı müştəri adətən ilk səhifədə çıxan nəticələr arasından seçim edir. Bu nəticələr həmin şirkətin SEO xidmətindən uğurlu istifadə etdiyinin göstəricisidir. İstifadəçilərin 95%-i axtarış mühərriklərinin ilk səhifəsində çıxan nəticələrə yönəlirlər, bu səbəblə öz veb saytınızı yaxşı bir SEO köməyi ilə ilk çıxan nəticələrdən biri halına gətirməniz, saytın üstünlüyünü daha çox artıracaqdır. Axtarış sistemləri güclüdür ona görə ki, onlar hədəflənmiş trafiklə təmin edirlər. Başqa sözlə, axtarış sistemləri artıq sizin xidmətinizi və ya malınızı axtaran internet istifadələrini saytınıza gətirir. Hədəflənmiş internet auditoriyası digər marketinq kanalları ilə müqaisə olunmayan dərəcədə tanınmanı təmin edir.

SEO-nun işləmə mexanizmi.

Axtarış sistemlərinin alqoritmləri saytları ortalama 100-dən çox fərqli kriteriyaya əsasən dəyərləndirir və sıralamalar buna görə təyin olunur. Bu faktorların bəziləri sayt daxili, bəziləri isə sayt xarici faktorlardır. SEO mütəxəssisləri detallı audit etdikdən sonra saytınızın bu kriteriyalara nə qədər cavab verdiyini müəyyənləşdirir və bundan sonra optimizasiya prosesinə başlanılır. SEO optimiziya zamanı fərqli üsullar və texnikalardan istifadə oluna bilər, lakin bu zaman çalışmaq lazımdır ki, axtarış sistemlərinin təlimatlarından kənara çıxılmasın. Axtarış sistemlərindən gələn trafiki artırmaq və ilk sıralarda çıxmaq üçün müxtəlif texnikalar və üsullar mövcuddur. Bu üsulların axtarış sistemlərinin tələblərinə nə qədər uyğun olub olmamasına görə SEO “white-hat” və “black-hat” olaraq bölünür. White SEO – axtarış sistemləri tərəfindən qəbul olunmuş qaydalara uyğun olaraq aparılan optimizasiya işlərinə verilən addır, həmçinin bizim də tətbiq etdiyimiz və tövsiyə etdiyimizdir. Black SEO isə adından da anlaşıldığı kimi qaydalara zidd üsullarla daha yüksək sıralamalar və trafik əldə etmək üsuludur.

SEO prosesi.

SEO xidməti sifariş edildiyi zaman sifariş edən biznes ətraflı araşdırılır, məqsədləri müəyyən edilir və müəyyən intervalla bütöv SEO xidməti həyata keçirilir.

seo

SEO-nun üstün cəhətləri:

  • Araşdırmalar göstərir ki, axtarış sistemlərinin istifadəçi sayı durmadan artmaqdadır və onlayn fəaliyyətlərin 93%-i məhz axtarış sistemlərində axtarış etməklə başlayır. Bu isə axtarış nəticələrində ön sırada çıxmaqla potensial müştəri kütləsinə çatmaq üçün olduqca önəmlidir.
  • SEO veb sayt ziyarətçilərinin, eləcə də, satışların artmasında böyük rol oynayır.
  • Ödənişli reklamlarla müqayisədə SEO daha az xərclə reallaşdırılır. Belə ki, reklam davamlı olaraq büdcə tələb etdiyi halda, SEO yalnız müəyyən bir müddətdə həyata keçiriləcək proseslər üçün büdcə tələb edir.
  • SEO nəticələri günün istənilən vaxtında aktiv və sabitdir. Reklamdan fərqli olaraq, seo xidmətləri zamanı veb sayt günün hər hansı bir saatında daha az effektiv ola biləcəyi üçün deaktiv edilmədən hər zaman işləyir.
  • İstifadəçilərin axtarış sistemlərinə olan inamı ön sıralarda çıxan nəticələri daha güvənli hesab etməsinə və böyük ehtimalla veb sayta daxil olmasına gətirib çıxarır.
  • Nəticələrinin uzun müddətli olması isə SEO-nun digər bir üstünlüyüdür. Ödənişli reklam büdcənin bitdiyi anda tamamilə dayandığı halda SEO nəticəsi uzun müddət ərzində sabit qalır. Yalnız rəqiblərin daha uğurlu optimizasiya fəaliyyəti və ya axtarış sistemlərinin alqoritmasındakı köklü dəyişikliklər nəticələrdə müəyyən fərqlərin yaranmasına səbəb ola bilər. Bu isə optimizasiya fəaliyyəti ilə qısa müddətdə yenidən bərpa oluna bilər.

SEO-ya birbaşa təsir edən 3 əsas faktor:

  • Kontent marketinq. Yüksək keyfiyyətli və açar sözlər ilə uyğunluq təşkil edən, unikal kontentə sahib olmaq axtarış sistemlərinin saytınızı yüksək qiymətləndirməsinə təkan verəcək. Bundan əlavə, kontent sizin saytın ziyarətçiləri ilə uğurlu ünsiyyət qurmağınıza kömək edir. Bloqlar, məqalələr, sosial media kontenti, infoqarafiya və vizuallar axtarış sistemləri üçün cəlbedici kontent yaratmaqda əsas amillərdir.
  • On-page SEO. Buraya veb saytınızda yer alan və sizin birbaşa idarə edə biləcəyiniz müxtəlif elementlər daxildir. Məsələn, başlıq, meta açıqlama, alt başlıq, daxili linklər sizin optimizasiya proseslərində müdaxilə edə biləcəyinizi amillərdir.
  • Off-page SEO. Bu qrupa birbaşa olaraq sizdən asılı olmayan, ancaq müəyyən fəaliyyətlərlə düzəlişlər edə biləcəyiniz faktorlar daxildir. Sosial göstəricilər, linklər bu kateqoriyaya aid olub optimizasiya işlərinin ən vacib hissələrindən birini təşkil edir.

SEO prosesinin nəticəsində əldə edəcəyiniz orqanik trafik bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərin bir neçəsini sadalayaq:

  • Orqanik trafik tamamilə pulsuzdur. Siz klik və ya görüntülənmə başına axtarış sistemlərinə heç bir məbləğ ödəmək məcburiyyətində deyilsiniz. Beləliklə satışa çevrilməyən heç bir klik üçün narahat olmağa dəyməz. Əgər bazarda yenisinizsə, bu həm də markanızın tanınırlığının artmasına kömək edəcək. Unutmayın ki, siz axtarış səhifələrində olmadıqca orada rəqibləriniz olacaq.
  • Orqanik trafik daha yaxşı “conversion rate”-ə malikdir. Əgər məhsul və xidmətlərinizə uyğun sorğularda ön sıralarda yer alırsınızsa, kliklərin satışa çevrilmə faizi daha da yüksək olacaq. Axtarış edərkən ilk sıralarda bəzən reklamlar görünsə də, istifadəçilərin əksəriyyəti adətən orqanik nəticələrə daha çox güvənir və üstünlük verirlər.
  • Daha aşağı “bounce rate” və daha çox “view duration”. Axtarış sistemlərindən sayta giriş edən istifadəçilər digər kanallardan gələnlərə nisbətən saytda daha çox vaxt keçirirlər və daha çox səhifəyə keçid edirlər.
  • Uzunmüddətli nəticə. Düzgün SEO strategiyası uzunmüddətli nəticələr verəcək ki, bu da uzun dönəmdə sizə daha çox qazanc gətirəcək.

SEO verə biləcəyi əsas üstünlüklər:

  • axtarış zamanı ön sırada çıxmağınız sizin vebsayt girişlərini daha çox artıraraq, ziyarətçinizi müştəriyə çevirir;

  • klik başına düşən dəyər ödənişsiz olduğundan rəqəmsal reklam xərclərini minimallaşdırır;

  • axtarış zamanı ön sırada yer almaq marka tanınmasına əvəzsiz dəstək verir və satışların artmasına imkan yaradır;
  • vebsaytınız həm məzmun, həm də funksionallıq baxımından ziyarətçi üçün daha rahat istifadəni təmin edir.

Bəs SEM nədir?

      SEM (Search Engine Marketing) – axtarış sistemi marketinqi kimi istifadə edilən bir termindir . SEM-də ən az SEO qədər vacibdir. SEM adətən axtarış, yükləmə (upload) web sayıtlarının,axtarış mühərrikləri nəticəsində içərisində mövqeləndirilməsi üçün istifadə olunur. Markanız ve reklamını etmək istədiyiniz sahə ilə bağlı edilən axtarışlarda ən çox hansı sözlərin və ifadələrin işlədildiyini müəyyənləşdirib, bu axtarışlarda vebsaytınızın axtarış və ya ekran reklamlarının ön plana çıxmasını təmin edə bilərsiniz. Yəni SEM, SEO-nun əksinə olaraq markanız, edəcəyiniz bir reklam yerindədir.

SEM-google-adwords

SEO və SEM arasındakı fərq nədir?

  Hər ikisnin məqsədi vebsaytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Lakin onların məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Yəni SEM marketoloqun, SEO isə İT mütəxəssisin işidir. Bu onların arasındakı ilkin və təməl fərqdir.

    SEM marketoloqun gördüyü işdir. Bu işi görmək üçün həmin axtarış sisteminin reklam platformasında kampaniya başladılır və daxil etdiyi açar sözlərə müvafiq ödəmələr etməklə saytın axtarış zamanı ilk pillədə görüntülənməsinə nail olur. Məsələn, hesab edək ki, biz Google axtarış sistemində “Parfum” axtarılan zaman ilk pillədə görünməyimizi istəyirik. Bu zaman “Parfum” sözünü ödənişli formada reklama yerləşdirməklə bu sözün axtarışı zamanı ilk pillədə görünməyimizə nail oluruq və bunun qarşılığında həmin axtarış şəbəkəsinə pul ödəyirik. SEO isə İT mütəxəssisin işidir və bu optimizasiya doğru aparıldığı zaman sayt müxtəlif açar sözlərə uyğun olaraq ilk sıralarda görüntülənir. Ancaq məsələ bundadır ki, SEM-dən fərqli olaraq SEO üçün saytın axtarış zamanı ilk pillədə görünməsi üçün açar sözlə saytın daxilidəki mətnlər uyğunluq təşkil etməlidir. Məsələn sizin saytınız avtomobil satışı üçündür və siz istəsəniz ki, ayaqqabı sözü axtarılarkən saytınız ilk pillədə görünsün, bu mümkünsüzdür. Çünki saytınızda ayaqqabı məzmunu yoxdur. SEM-də isə bunu etmək mümkündür.

seo-sem-999x499.png

     SEM ilə SEO arasında digər bir fərq isə ondan ibarətdir ki, SEO ümumi məhsula yönəlir, SEM isə ümumi məhsulla bərabər konkret kampaniyaya yönələ bilər. Hesab edək ki, siz aviabilet satışı ilə məşğulsuz. SEO ilə siz aviabilet, ucuz aviabilet və s. sözlərin axtarışı zamanı ilk pillədə görünməsinə nail ola bilərsiz. Ancaq məxsusi olaraq Bakı – İstanbul reysi üçün 1 aylıq endirim kampaniyanız varsa, bu 1 ay ərzində müvafiq açar sözlərlə ilk sırada görünmək istəyirsizsə, bu SEM-in işidir.

Ümid edirəm bu məlumatlar sizin üçün faydalı oldu. Uğurlar!

Elnur Quliyev

Leave a Reply