Fransanın Notr-Dam kilsəsi bitcoin ilə ianə qəbul edir

     Aprelin 15-i Fransanın simvolik memarlıq abidələrindən biri olan və XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) yanğın baş verib. Yanğın nəticəsində kilsəyə ciddi ziyan dəyib. Bu hadisədən dərhal sonra kilsənin yenidən qurulması və yanğının nəticələrini aradn qaldırılması üçün Fransanın tanınmış şirkətləri tərəfindən təqribən 700 milyon avro bağışlanıb.

    Fransanın kriptovalyuta cəmiyyətinin nümyəndəsi olan Gregory Raymond öz twitter hesabında post paylaşaraq Notr-Dam kilsəsinin yenidən inşası üçün bitcoin ilə yardım etməyə çağırıb. Onun yaratdığı xüsusi bitcoin-hesaba artıq 0.03527115 BTC göndərilib. Fransanın rəqəmsal iqtisadiyyat üzrə naziri Cédric O isə elan edib ki, hökumət kilsənin yenidən qurulması üçün kriptovalyutada olan ianələrini qəbul edəcək və bunun üçün kriptovalyuta platformaları ilə əməkdaşlıq etməyə hazırdır.

nachat_sbor_sredstv_v_bitkoine_na_vosstanovlenie_notr_dam_de_pari

    Xatırladım ki, Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi (Cathédrale Notre-Dame de Paris) Parisin ilk xristian kilsəsi hesab edilən Müqəddəs Stefan bazilikasının yerində yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb.

 

Elnur Quliyev

Leave a Reply