Aprelin 23-ü kriptovalyuta birjalarında ticarət dövriyyəsinin artımı müşahidə olundu və bitcoin son beş ayda ilk dəfə olaraq 5500 dolları keçə bildi. Sonuncu dəfə bu qiymət 18.11.2018 tarixdə olub. Bazar kapitalizasiyası sutka ərzində 1.5% artaraq 99 milyard dollara çatdı və bitkoinin dominasiya indeksi 53.5% olub.
CoinMarketCap.com-a əsasən 23.04.2019 tarixinə (saat 18.00) kriptovalyutaların sayı 2132 ədəd, ümumi bazar kapitalizasiyası isə 185 milyard dollar təşkil edir.