Anthony Pompliano: Bitcoin bazarın tələbinə cavab verir

anthony-pompliano-invest-2018-by-coindesk-e1556375378637.jpg Morgan Creek Digital-ın təsisçisi Anthony Pompliano bəyan edib ki, ilk kriptovalyuta olan bitkoinin uğur qazanmasının əsas səbəbi onun bazarın tələblərinə cavab verməsidir. O, qeyd ki, bitcoin ənənəvi aktivlərdən və şirkətlərdən, eləcə də digər kriptovalyutalardan çox fərqlənir. İlk kriptovalyutanın yaradıcısının anonimliyi, bitcoin şəbəkəsinin mərkəzi idarəetməsi olmadan işləməsi ona marağı daha da artırır. Həmçinin digər proyektlərdən fərqli olaraq bitkoinin marketinq departamenti yoxdur ki, onu reklam etdirsin. 

   Anthony Pompliano: “Bitkoinin dəbdəbəli ofisi, icraçı direktoru, marketinq üzrə deaprtamenti yoxdur. Lakin yarandığı tarixdən başlayaraq 10 il ərzində bitkoinin bazar kapitalizasiyası 100 milyard dollar oldu. Bitcoin ən vacib faktor olan – bazarın tələblərinə uyğun gəldiyi üçün həqiqi bir nümunədir.”

 

Elnur Quliyev

Leave a Reply