PayPal: Bitcoinin vaxti hələ çatmayıb

     Ödəniş sistemləri nəhəngi PayPal-ın maliyyə direktoru John Rainey Yahoo Finance-a verdiyi müsahibəsində bildirib ki, hələ də kriptovalyutalara ehtiyatla yanaşır. bitcoin-paypal O, qeyd edib ki, PayPal merçatların ödəniş vasitəsi kimi bitkoini qəbul etməsi qabiliyyətlərini artıq test edib. Bununla yamaşı PayPal müyyən etdi ki, istifadəçilərin böyük əksəriyyəti əməliyyatdan sonra rəqəmsal aktivləri mümkün qədər tez fiat pullara çevirmək istəyir. Buna səbəb rəqəmsal aktivlərin qiymətindəki volatillikdir. John Rainey: “Bizim hazırda blockchain texnologiyası və kriptovalyutalar ilə işləyən komandalarımız var. Gələcəyi nə olursa olsun bu prosesdə iştirak etmək istəyirik. Lakin hesab edirəm ki, bitkoinin vaxtı hələ çatmayıb”.

 

Leave a Reply