Mayninq üçün ən yaxşı kalkulyatorlar

       Kriptovalyuta mayninqi artıq yeni növ biznes fəaliyyəti kimi özünü təsdiq etməyi bacarıb. Bu sektorda qazanc əldə etmək üçün xüsusi strategiyaya sahib olmaq lazımdır. crypto-calculator-den-pirat-ruYəni, hansı kriptovalyutanı və hansı avadanlıqla mayninq etməyi düzgün müəyyən etmək çox vacibdir. Həmçinin, nəzərə almaq lazımdır ki, rəqəmsal aktivlərin qiymətindəki yüksək volatilik xüsusiyyəti mayninqdən olan gəlirlərə təsir edən əsas faktordur. Bu səbəbdən hazırda müxtəlif servislər tərəfindən təqdim edilən mayninq kalkulyatorları olduqca əhəmiyyətlidir. Bu kalkulyatorlar mayninq edənlər üçün müxtəlif alqoritmlər əsasında kriptovalyutaların gəlirlilik səviyyəsini müyyən etməkdə kömək edir. Hazırda mayninq kalkulyatorları arasında daha çox populyar və faydalı olan 5 resurs:

  1. Coin Duck
  2. WhatToMine
  3. CoinWarz
  4. NiceHash
  5. CryptoCompare

     Platformada gəlirliyi müəyyən etmək üçün məlumatları (heşreyt, elektrik enerji xərci, pul üzrə komissiyanın miqdarı, vidokartın modeli) mütləq şəkildə reallığa uyğun olaraq doldurmaq lazımdır ki, nəticə düzgün çıxsın. Kalkulyatorlar mayninq biznesində sizin iştirak etməyinizi müəyyənləşdirməyi imkan verən bir növ məsləhətçilər kimi çıxış edir. Diqqət edin ki, kalkulyatorlar kriptovalyutanın gəlirliyi haqqında məlumatı gələcək üçün deyil cari vaxt üçün müəyyən edir.

dohodnost-maininga1.jpg

    Kriptovalyuta mayninqi kifayət qədər mürəkkəb prosesdir. Mayninqin rentabelliyi kriptovalyutanın qiyməti, elektrik enerjisi xərcləri, avadanlığın dəyəri kimi faktorlardan aslıdır. Buna baxmayaraq, mayninq kalkulyatorları gəlirlərinizi maksimum dərəcədə hesablamaq üçün yaxşı vasitədir. Lakin bununla belə, maynerlər mayninq üçün hansı kriptovalyutanı seçməyi və nə qədədr qazanc əldə edəcəklərini müyyənləşdirərkən yalnız kalkulyatorların məlumatlarına əsaslanmamalıdırlar. Daha dəqiq məlumatlar bilmək üçün kriptovalyuta sənaseyində baş verən yenilikləri, bazarda baş verən hadisləri yaxından izləmək lazımdır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply