Kriptovalyuta qazanmaq üçün ən yaxşı 6 oyun

        Hər birimizi istərdik ki, oyun oynayaraq əyləncəli vaxt keçirməklə paralel olaraq pul qazanaq. Kriptovalyuta sənayesi inkişaf etdikcə bir çox platformalar öz istifadəçilərinə rəqəmsal pullarla qazanc əldə etmək müqabilində müxtəlif tipli oyunlar təklif edirlər. Əlbətdəki bu pullar ferrari almağa kifayət etməyəcək lakin gedib bahalı avadanlıqları alıb kriptovalyuta mayninq etməkdənsə oyun oynayaraq kriptovalyuta qazanmaq daha faydalıdır. Blockchain texnologiyası əsasında yaradılan oyunları oynamaqla siz bitcoin, ethereum və digər kriptovalyutaları qazana bilərsiz. Bəzi oyunlar var ki, onlar üçün Windows və ya MacOS əməliyyat sistemli kompüter lazım olacaq, digərlər oyunlar üçün isə Android və ya iOS sistemli smartfonlar kifayət edir. Hazırda mövcud olan 6 ən populyar oyunlarə sizə təqdim edirəm:

  1. Huntercoin – Bu oyunda istifədəçilər oyunun gedişindən aslı olaraq HunterCoin tokenləri qazanırlar. Elə də məşhur olmayan bu tokenləri Poloniex birjasında BTC-yə rahatlıqla mübadilə etmək olur.
  2. Steem Monsters – Oyun Steem blockchain-i əsasında qurulub və oyunçular mükafat olaraq Steem və Steem dollar alırlar.
  3. Storm Play – Oyunda istifadəçilər hər bir mərhələni bitirdikdə platformanın daxili valyutası olan Bolts qazanırlar. Sonrdan bu valyutanı BTC, ETH və Storm mübadilə etmək olur.
  4. Worldopo – Oyun Google Maps və Open Street Maps data məlumatlarını istifadə edir ki, oyunçular dünya üzrə real yollar ala bilsinlər. İstifadəçilər oyunda mükafat olaraq BTC, ETH və Worldopo (WPT) qazanmaq imkanı qazanır.
  5. Sweatcoin – Bu oyunu idmanla məşğul olanlar üçün daha faydalı olacaq. Mobil tətbiqi smartfona yükləyirsiz və hər 1000 addımınız üçün sizə bir Sweatcoin (SWC) hədiyye edilir. Düzdür bu tokeni heç bir birjada digər kriptovalutalara mübadilə etmək olmur lakin bu tokenlər ilə elektron kitablar və iPhone (o qədər gəzə biləsz) almaq mümkündür.
  6. Privateers.Life: The Island – Oyun dəniz quldurları mövzusuna həsr edilib və hər bir istifadəçi mükafat olaraq platformanın daxili tokeni olan Ludum (LDM) alırlar. LDM tokenlərini isə EtherDelta birjasında mübadilə etmək mümkündür.

 

 

Elnur Quliyev

One comment

Leave a Reply