Plastik pullar haqqında maraqlı faktlar

     İlk plastik pullar Kosta-Rika və Haiti hökumətləri tərəfindən 1983-cü ildə buraxılıb. Bu banknotlar DuPont şirkəti tərəfindən hazırlanmış tyvek polimer materialından idi və American BankNote Company tərəfindən çap edilmişdi. Lakin plastik pulların yaradıcıları tropik iqlimin xüsusiyyətlərini nəzərə almamışdılar və ilk nümunlər uğursuz oldu. Plastik banknotlar kövrək oldu, üzərindəki mürəkkəb isə yayılırdı. Test mərhələsində aşkar edilmiş nöqsanlara görə plastik banknotlardan imtina edildi.

1-5.jpg
ilk plastik banknot

    Müasir polipropilen materialdan (guardian) olan ilk plastik banknotlar Avstraliya Reserve Bankı (RBA) və CSIRO tərəfindən 10 avstraliya dolları dəyərində banknot 26 yanvar 1988-ci ildə Avstraliya günü – avropalıların Avstraliyada məskunlaşmasıının 200 iliyi münasibətilə buraxılıb.

ilkkkkk.jpg
10 avstraliya dolları

      Avstraliya 1996-cı ildə pullarını tamamilə plastik banknotlara transfer edən ilk dövlət oldu. 2016-ci ildə isə plastik banknotların yeni versiyaları tədavülə buraxıldı:

Plastik banknotların üstünlükləri:

  • Təmizdir – Polimer banknotları  kir və nəmə davamlıdır, buna görə də kağızdan daha təmiz qalırlar;
  • Təhlükəsizdir – Polimer materialları saxta pulların görünüşünü maneə törətməyi təmin edən təkmilləşdirilmiş üsullarla banknotları təchiz etməyə imkan verir;
  • Aşınmaya davamlıdır və istehsalı ekoloji baxımından daha faydalıdır;
  • Plastik banktnotun istehsalı kağız pulun maya dəyərindən 2 dəfə baha başa gəlir lakin xidmət dövrü 4-5 qat artıq olur. İqtisadi baxımdan plastik pulları istifadə etmək daha sərfəlidir.

    Hazırda dünyanın 10 ölkəsi (Kanada, Avstraliya, Rumıniya, Yeni Zellandiya, Vyetnam, Maldiv, Bruney, Mavritaniya, Vanuatu, Papua Yeni Qvineya)  tamamilə, 27 ölkəsi isə qismən plastik banknotlardan istifadə edir:

Yeni Zellandiya

222.jpg

Kanada

kanada

Rumıniya

ruminiya.png

Vyetnam

vyetnam.png

Maldiv adaları

maldiv.png

Bruney

bruney.png

Papua Yeni Qvineya

papuya.png

 

Müəllif:  Elnur Quliyev

 

Azərbaycan manatı – əskinaslar və onların mənası

Leave a Reply