Boris Kim (Qiwi): Tokenlərə inanıram

Boris_Kim_exe2   Qiwi ödəniş sisteminin rəhbəri Boris Kim Business FM radiostansiyasına verdiyi müsahibədə kriptovalyutalara olan münasibətini bildirib. Boris Kim: “Hazırda mahiyyət etibarilə bir kriptovalyuta var – bitcoin! Lakin etiraf edim ki, mən bitkoinə elə də inanmıram. Çünki ödəniş vasitəsi kimi bəzi texniki çatışmamazlıqları var. Nəzərə almaq lazımdır ki, bitkoinin emissiya qaydalarını Mərkəzi Banklar deyil alqoritmlər müəyyən edir. Bununla da hazırda heç bir tənzimləyici razılaşmayacaq. Lakin mən xüsusi sistemlərə xidmət edən tokenlərə çox inanıram. Hesab edirəm ki, blockchain texnologiyası bəzi sektorlarda inqilabi dəyişikliklər edəcək.”

Leave a Reply