“eToro” ticarət platformasının rəhbəri və həmtəsisçisi Yoni Assia kriptovalyuta bazarında “qış”-ın bitdiyini iddia edir. Onun sözlərinə əsasən 2018-ci ildə eToro platformasında ümumi ticarət dövriyyəsi bir milyard dollara qədər artıb. Son 4 ayda ticarət dövriyyəsinin artmasına əsas səbəb kriptovalyutalara yenidən marağın artmasıdır.
Yoni Assia: “Biz hazırda “kriptovalyuta baharı”nı müşahidə edirik. Bazarın əhval-ruhiyəsi geri qayıdır. Doğrudur, rəqəmlər 2017-ci ilin sonunda müşahidə olunanlardan hələ ki, uzaqdır. Lakin hesab edirəm ki, ortamüddətli dövrdə bitcoin üçün yüksək qiymətlər görəcəyik.”
Elnur Quliyev