Rusiya Mərkəzi Bankı: Kriptovalyutaların leqallaşdırılmasına qarşıyıq

    Kriptovalyutalar Rusiyanın maliyyə-pul sisteminə təhlükə törətmir lakin buna baxmayaraq Rusiya Dövlət Bankı kriptovalyutaların ödəniş vasitəsi kimi leqallaşdırılmasının əlehinədir. Bunu Dövlət Bankının sədri Elvira Nabiullina mayın 30-u Dövlət Dumasında cıxışı zamanı  bildirib.

3887611_800Elvira Nabiullina: “Dünyada kriptovalyutaların dövriyyəsi həcmi o qədər də böyük deyil – 20 ən böyük kriptovalyuta birjalarının ümumi dövriyyəsi 250 milyard ABŞ dolları təşkil edir. Bu bizim ölkənin maliyyə sisteminə hələ ki, heç bir təhlükə törətmir. Lakin bizim mövqeyimiz birmənaldır – biz kriptovalyutaların ödəniş vasitəsi kimi leqallaşdırılmasına qarşıyıq. İnsanlar sürətli pul köçürlməsini istəyir. Bu səbəbdən biz hazırda “Sürətli Ödənişlər Sistemi”ni təkminləşdiririk. Kriptovalyutaların çirkli pulların yuyulmasında istifadə edilməsi riski yüksəkdir.”

 

Elnur Quliyev

Leave a Reply