ABŞ Prezidenti Donald Trump öz twitter hesabında ilk dəfə olaraq bitcoin haqqında post paylaşıb və əlavə olaraq qeyd edib ki, dünyanın yeganə etibarlı və güclü valyutası ABŞ dollarıdır.
Donald Trump: “Mən bitcoin və ya digər kriptovalyutaların fanatı deyiləm, çünki onlar pul deyil. Onlar çox volatildir və bazisi yoxdur. Tənzimlənməyən kriptoaktivlər narkotik ticarəti də daxil olmaqla qanunsuz fəaliyyətlərə istifadə oluna bilər. Facebook-un virtual valyutası Libra da etibarlı olmayacaq. Facebook və ya digər şirkətlər banka çevrilmək istəyirsə, onlar bank tənzimlənməsi qaydalarının bütün tələblərinə riayət etməlidirlər. ABŞ-da yalnız bir real valyuta var və o hazırda həmişəkindən daha güclü və daha etibarlıdır. O, dünyanın dominant valyutasıdır və həmişə belə qalacaqdır. O – ABŞ dolları adlanır.”
Trampın bu açıqlaması gözləntilərin əksi olaraq bitkoinin qiymətinə mənfi təsir etmədi, əksinə istifadəçilər arasında Google axtarış sistemində “bitcoin” sorğu sayını artırdı. Bununla bərabər ABŞ prezidentinin bu açıqlamasına reaksiya verənlər də az olmadı:
- ShapeShift birjasının CEO-su Eric Voorhees: “Tramp tweet yazır, BTC isə heçnə etmir. Lakin Tramp bitkoindən daha volatildir”
- CNBC analitiki Ran Neuner: “Nəhayət, Trump da Bitcoin haqqında bir tweet yazdı”
- Morgan Creek Digital Capital-ın CEO-su Anthony Pompiano: “Əgər bitkoinin əsasında heçnə olmadığını iddia edirsinizsə, sizə deyim ki, onun əsasında riyaziyyat var.”
- TRON-un təsisçisi Justin Sun: “Cənab Prezident, siz saxta xəbərlərə aldanırsız. Sizi iyulun 25-i Warren Buffett ilə olan görüşə dəvət edirəm. Zəmanət verirəm ki, bu görüşdən sonra kripto haqqında sizdən çox bilən olmayacaq.”
- Coinbase CEO-su Brian Armstrong: “Bir neçə il bundan əvvəl mən arzu edirdim ki, ABŞ-ın mövcud prezidenti kriptovalyutaların artan istifadəsinə reaksiya verməyə məcbur olacaqdı. “Əvvəlcə səni görmürlər, sonra sənə güldürürlər, sonra səninlə mübarizə aparırlar, sonda isə sən qalib gəlirsən” biz üçüncü addımı atdıq.”
- Simon Dickson: “Bitcoin cəmiyyətini təbrik edirik – Amerika Birləşmiş Ştatlarının prezidenti hesab edirik ki, biz bir tweet-ə layiqik.”
- Blockstream şirkətinin CEO-su Adam Beck: “Trump ümumiyyətlə bitcoin haqqında optimistdir çünki onun media taktikası geosiyasi qeyri-müəyyənliyini yellədir. Bitkoinə gələn bütün dollarlar üçün təşəkkür edirik.”
- Max Keiser: “Bitcoin koddur, kod mətndir, mətn nitqdir. Nitq isə ABŞ-da qorunur cənab Prezident. Ola bilsin ki, siz indicə 2020-ni itirdiniz.”
- Jeremy Allaire: “Tramp ola bilsin ki, bitcoin tarixində onun alınması üçün ən güclü siqnalı göndərdi.”
- Jason A. Williams: “Trump-ın kriptovalyutalara hücumu ilin sonuna qədər bitkonin qiymətini 40 min dollara qədər yüksəldə bilər.”
ABŞ bitkoini qadağan edə bilər!?!