Jerome Powell: Bitcoin qızılın alternativi olan yığım vasitəsidir

      ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Jerome Powell Libra kriptovalyuta layihəsinin maliyyə tənzimləyicisi tərəfindən ciddi narahatçılığa səbəb olduğunu vurğuıayıb. FED rəhbəri həmçinin bitkoini yığım vasitəsi kimi adlandıraraq onu spekulyativ alət kimi qızıl ilə oxşarlığını da qeyd edib. 

  ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin dinləmələrində J.Powell qeyd edib ki, Facebook konfidensiallıq, çirkli pulların yuyulması və istehlakçıların hüquqlarının qorunması ilə bağlı narahatlıq və şübhə doğuran məsələlər barədə ətraflı şərhlər verənə qədər Libra layihəsinin buraxılmasını təxirə salmaq lazımdı. FED narahatdır ki, Libra layihəsi çox sayda istifadəçilərin maraqlarına təsir edə bilər. Bu səbəbdən FED ABŞ Maliyyə Nazirliyi və digər ölkələrin Mərkəzi Bankları ilə birgə Libra-nın inkişafını izləyəcək. Hətta bunun üçün xüsusi işçi qrup da yaradıllıb. 

     FED rəhbəri bitcoin haqqında mövqeyini bildirərəkən “Hazırda demək olar ki, az insan bitkoindən ödəmə vasitəsi kimi istifadə edir. Bu kütləvi xarakter almayıb. Bitkoindən qızılın alternativi olaraq spekulyativ yığım vasitəsi kimi istifadə olunur.” deyib.

Leave a Reply