Patrick McHenry: Bitcon-i məhv etmək mümkün deyil!

     Amerikalı konqresmen Patrick McHenry CNBC-ə verdiyi müsahibədə heç bir siyasi qüvvənin bitkoini məhv edə bilməyəcəyini söyləyib.

      Patrick McHenry: “Bitkoini məhv edə biləcək qüvvələr təbiətdə yoxdur. Hətta çinlilər kriptovalyuta sənayesinə tətbiq etdikləri qadağalar ilə bitkoinin inkişafının qarşısını ala bilmədilər. Без названия.jpg Bütün məsələ bitkoinin əsasını təşkil edən blokçeyn texnologiyasına əsaslanır. Demək istəyirəm ki, bitkoini məhv etmək mümkün deyil. Bu kimi yeni texnologiyalar bitkoini təqlid etməyə çalışırlar və iddia edirlər ki, onların paylanmış reyestrləri var, halbuki bu belə deyil. Belə layihələr tam olaraq açıq deyil və müxtəlif inzibati mexanizmlər vasitəsilə məhv edilə bilər”. P.McHenry həmçinin etiraf etdi ki, ABŞ hakimiyyəti bitkonin hüquqi statusuna nəzarət etməklə ictimaiyyət tərəfindən ümumi istifadəni tənzimləyə bilər. Lakin bu belə, ilk kriptovalyutanın mövcudluğunun 10 ilində əldə etdiyi irəliləyişə kölgə sala bilməz. “10 il bundan əvvəl bitkoin insanların öz aralarında pulsuz paylaşdıqları bir “cəfəngiyyat” idi. İndi isə bu “cəfəngiyyat” 10.000 dollardır.” – əlavə edib.

 

Leave a Reply