Azərbaycanda ilk dəfə rəqəmsal aktivlə hesablaşma

  İyulun 26-28 tarixlərində Bakıda ilk dəfə olaraq Onebakuconsultinq MMC-nin təşkilatçılığı, OneLife şirkəti və DealShaker platformasının dəstəyi ilə DealShaker Expo keçirilib. Tədbirin özəlliyi ondadır ki, Azərbaycanda ilk dəfə olaraq DealShaker platforması üzərindən müxtəlif növ məhsul və xidmətlərin alqı-satqısı zamanı ödəniş vasitəsi 100% rəqəmsal aktivlə – OneCoin ilə baş tutub. Onecoin sahibləri real rejimdə öz rəqəmsal aktivləri müqabilində konkret məhsul almaq imkanı əldə ediblər. Fairmont Baku Flame Towers otelində baş tutan tədbirdə Rusiya, Turkiyə, Vyetnam, Qazaxstan, Gürcüstan, Ukrayna, Qırğızıstandan qonaqlar və OneLife şirkətinin liderləri iştirak edib. Ümumilikdə tədbir 3 hissədən ibarət olub:

  • 1-ci gün iştirakçılar üçün OneCoin liderləri seminar keçirib. Əsas mövzular: rəqəmsal aktivlərin əhəmiyyəti, OneLife şirkəti və OneCoin gələcək prespektivlər;
  • 2-ci gün DealShaker Expo sərgisində iştirakçılar DealShaker platforması üzərindən onecoin ilə alqı-satqı əməliyyatları aparıb. 80-ə yaxın merchant (satıcı) və 500-dən çox alıcının iştirak etdiyi DealShaker Expo-da müxtəlif növ məhsul və xidmətlər üzrə ödəniş vasitəsi onecoin olub;
  • 3-cü gün DealShaker Expo iştirakçıları və xarici qonaqlar üçün Bakı şəhərinin məşhur restoranlarının birində rəsmi ziyafət verilib. Ziyafət tədbirində qonaqlar üçün müxtəlif qiymətli hədiyyələr verilib.

2e70f741-995a-4cd0-a322-4d9410b5cfb5.jpg

68831d50-988c-4ad0-99ed-694853875d89

Leave a Reply