Amerika Bankı kripto kreditlər verəcək

     Amerikanın Silvergate Capital Corporation-a məxsus Silvergate Bank-ı kriptovalyuta girovu ilə kreditlərin verilməsini planlaşdırdığını elan edib. Bank kripto kreditlərin verilməsi üçün ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasına (SEC) S1/A üçün müraciət edib. Silvergate Bank-ın kriptovalyuta sektoru ilə əlaqəli fəaliyyət göstərən 500-dən çox korporativ müştərisi (Kraken, Gemini, Paxos и bitFlyer və s) var və bu müştərilər kriptovalyuta ilə təmin edilmiş kreditlər almaq üçün maraq göstərirlər. Bank isə müştərilərin müraciətləri əsasında bazara uyğun olaraq kripto kreditlər və digər bank məhsullarını təklif etməyi planlaşdırır.

thecryptosight-silvergate-bank-gains-59-new-crypto-clients-for-year-ending-2018.jpg

      Silvergate Bank: “İnanırıq ki, rəqəmsal valyutalarda kredit vermək imkanı bizi daha da cəlbedici edəcək və müştərilərimizlə münasibətləri yaxşılaşdıracaqdır.”

    Silvergate Bank xüsusi olaraq rəqəmsal valyutalar üçün SEN adlı ödəniş şəbəkəsin yaradıb. SEN üzrə ödəniş dövriyyəsi 2019-cu ilin 1-ci rübündə 4.1 milyarddan 2-ci rübdə 8.6 milyard dollara qədər artıb. Həmçinin 2018-ci il ilə müqyisədə şirkətlərin kriptovalyuta üzrə depozitləri 11.4% artaraq 150.4 milyon dollar olub.

silvergate-bank.jpg

Leave a Reply