Kriptovalyuta ticarəti üçün ən yaxşı mobil tətbiqlər

  Kriptovalyuta ticarəti – bazar tərəfindən təyin olunan qiymətlərə əsaslanan kriptovalyutaların mübadiləsidir. Kriptovalyuta ticarətinin əsas məqsədi rəqəmsal aktivləri ucuz alaraq daha baha qiymətə satmaqdır. mobile-tetbiq.png Kriptovalyuta ticarəti müxtəlif platformalarda – veb saytlar və mobil tətbiqlərdə həyata keçirilir. Mobil tətbiqlər treyderlərə istənilən yerdə və istənilən vaxtda smartfondan istifadə edərək ticarət etməyə imkan verir. Mobil tətbiqlər həmçinin treyderlərə bazar vəziyyətini dərhal izləmək imkanı yaradır. Əgər siz kriptovalyuta ticarəti və kripto-investisiyalar ilə məşğul olursunuzsa, mobil tətbiqlər sizə xüsusilə lazımdır, çünki rəqəmsal aktivlərin qiymətləri dəyişkəndir və çox zaman hər hansı bir əməliyyat haqqında ani qərarların verilməsi olduqca vacibdir. Odur ki, kriptovalyutaların ticarəti, onların qiymətlərinin izlənməsi və saxlanması üçün ən populyar mobil tətbiqlər aşagıdakılardır.

Kriptovalyuta ticarəti üçün:

  • Binance
  • Coinbase
  • eToro
  • Tab Trader
  • Wirex
  • RobinHood
  • ZTrader
  • Coinigy

Kriptovalyutaların qiymətlərinin izlənilməsi üçün:

  • CoinMarketCap
  • Coin Stas
  • Blockfolio
  • CoinGecko
  • CryptoCompare
  • Coin360.io
  • TradingView
  • Coin Tracking

Kriptovalyuta cüzdanları:

  • Blockchain.com
  • Exodus
  • Xaro
  • Jaxx Wallet
  • Coinfy Wallet

Kriptovalyuta nədir?

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

Elnur Quliyev: Libra kriptovalyuta deyil!

Müəllif:  Elnur Quliyev

Leave a Reply